Kinomuzu idarə edən kimdir? - Hüseyn Mehdiyev yazır...

Hüseyn Mehdiyev

Hüseyn Mehdiyev

6 sentyabr 2022
# 12:40

Kulis.az Azərbaycan kinorejissoru, kinooperatoru, ssenaristi, kinoprodüseri, Azərbaycanın Əməkdar incəsənət xadimi Hüseyn Mehdiyevin öz Feysbuk hesabında yayımladığı yazısını təqdim edir.

2022-ci ildə milli kinomuzun inkişafına büdcədən ayrılan 6,5 mln. maliyyə vəsaitinin bölgüsünün mənzərəsi axır ki aydınlaşdı:

1. 3,0 mln. manat Türkiyə kinoşirkətinə - Qarabağla bağlı serialın çəkilişinə;
2. 1,5 mln. manat BMM-ə - H.Z.Tağıyev haqqında bədii filmin istehsalına;
3. 1,5 mln. manat “Azərbaycanfilm” k/s – sənədli filmlərin istehsalına;
4. 0,5 mln. manat təlimlər, müsabiqələr və s.

Bu bölgünün hansı məntiqə əsasən və kim tərəfindən aparılmasından aslı olmayaraq qətiyyətlə deyə bilərəm ki, bu bölgü milli kinomuzun və sənətçilərimizin potensialının inkişafına yönəlməyib... Bu bölgünü aparanların məqsədlərində milli kinomuzdan başqa nə istəsəniz var idi...

Türkiyəyə və kinosuna, canım qurban.. lap tutaq ki, onlar bizdən yaxşı və keyfiyyətli çəkəcəklər, olsun... amma sivil ölkələrdə dövlət hər hansı bir mövzu ilə bağlı xarici kino şirkətlərə sifariş verəndə onu, öz sənətçilərinin və istehsalçılarının zərəri hesabına etməməlidir və etmir də! Bu ki aksiomadır! Vallah, mənim bunu deməyim də ayıbdır... Görəsən, nə qədər öz sənətçilərinə hömətsizlik edəsən ki, belə bir qərar verəsən...

Bu bölgü, bir daha göstərdi ki, kinomuzda heçnə dəyişməyib... Azərbaycan milli kinomuzun faciəsi davam edir, problemlər və suallar günü-gündən azalmaq əvəzinə, artır... Ən birinci və vacib sual isə: Kinomuzu “idarə edən” KİMDİR? Məmur? Siyasətçi? İqtisadçı? Maaliyyəçi? Sahibkar? Həvəskar?

Yoxsa PEŞƏKAR?

# 4168 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər