Kino agentliyinin keçirdiyi müsabiqənin qalibləri

Kino agentliyinin keçirdiyi müsabiqənin qalibləri
12 fevral 2024
# 18:00

Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) kino sahəsinin inkişafının dövlət tərəfindən dəstəklənməsi, kinematoqrafiya fəaliyyətinin təşviq edilməsi, yerli kinematoqrafçıların təcrübəsinin artırılması, milli-mənəvi və ümumbəşəri dəyərləri təbliğ edən filmlərin istehsalına nail olunması, eləcə də bu sahədə özəl sektorun dəstəklənməsi məqsədilə film layihələri müsabiqəsi elan edib. Bununla bağlı Mədəniyyət Nazirliyi tərəfindən “Kinematoqrafiya, rəqəmsal və digər audiovizual əsərlərin məzmununun qiymətləndirilməsi üzrə Ekspert Şurası” yaradıldı. Kinematoqrafiya sahəsində fəaliyyət göstərən özəl qurumlar dövlət sifarişi, kommersiya, müəllif (sənət), debüt və tələbə filmləri kateqoriyaları üzrə layihələrini 18 iyul – 29 noyabr 2023-cü il tarixlərində müsabiqəyə təqdim etdilər. təqdim olunmuş layihələrdən 11-i Ekspert Surası tərəfindən qalib elan olunub.. Layihələri təqdim etmiş müstəqil prodüser mərkəzləri tərəfindən istehsala başlanılması məqsədilə ARKA tərəfindən müvafiq tədbirlər görülür.

Kulis.az xəbər verir ki, müsabiqə nəticələri əsasında layihələrin bəziləri “ssenarinin inkişaf proqramı”na yönləndirilib. Bununla bağlı Azərbaycan Respublikasının Kino Agentliyinin nəzdində Ssenari laboratoriyası yaradılıb və türkiyəli rejissor Semih Kaplanoğlunun rəhbərliyi ilə dekabrın 11-dən 25-dək bu layihələrin “ssenarinin inkişaf proqramı” çərçivəsində müzakirələri həyata keçirilib.

Eyni zamanda, müsabiqənin nəticələri ilə bağlı narazılığı olan iştirakçılar üçün Apellyasiya komissiyası yaradılıb. Komissiya fəlaiyyətini davam etdirir.

# 2368 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər