Kinematoqrafçılar İttifaqında qalmaqal: “Saxta imzalarla bəyanat hazırlanıb”

Kinematoqrafçılar İttifaqında qalmaqal: “Saxta imzalarla bəyanat hazırlanıb”
22 iyul 2026
# 12:00

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) bir qrup rəhbər şəxsi təşkilatda yaranmış vəziyyətlə bağlı birgə bəyanat yayıb.

Kulis.az xəbər verir ki, bəyanatda AKİ-nin İdarə Heyətinin 8 may 2026-cı il tarixli qərarı ilə Konfransın keçirilməsinin yekdilliklə təsdiqləndiyi, lakin həmin qərarın icra olunmadığı bildirilib.

Qeyd olunub ki, daha sonra ittifaqın 27 üzvünün iştirakı ilə saxta imzalar və həqiqətə uyğun olmayan məlumatlar əsasında bəyanat hazırlanıb. Müəlliflərin sözlərinə görə, bu addım təşkilat daxilində hüquqi qeyri-müəyyənlik yaradıb və konfransın keçirilməsi nizamnamənin tələblərinə zidd şəkildə pozulub:

"Hazırkı mərhələdə ittifaqın səlahiyyətli sədrinin olmaması şəraitində təşkilatın bütün qərarları yalnız nizamnamənin və “İctimai birliklər haqqında” Azərbaycan Respublikası Qanunvericiliyinin tələblərinə uyğun qəbul edilməlidir. Əks halda, qəbul edilən qərarların legitimliyi gələcəkdə hüquqi mübahisələrə səbəb ola və ittifaqın nüfuzuna ciddi zərər vura bilər. Məhz buna görə də hesab edirik ki, vəziyyətdən yeganə hüquqi çıxış yolu idarə heyətinin təcili iclasının çağırılması, konfransın tarixinin qanunvericiliyə uyğun qaydada təsdiq edilməsi və təşkilatın yeni rəhbərliyinin demokratik seçkilər yolu ilə müəyyənləşdirilməsidir. Şəxsi münasibətlərdən və fərdi mövqelərdən asılı olmayaraq, bütün üzvləri Azərbaycan Kinematoqrafçılar İttifaqının hüquqi legitimliyini, nüfuzunu və gələcəyini üstün tutmağa çağırırıq. İnanırıq ki, yalnız qanunun aliliyinə, nizamnaməyə və şəffaf idarəetmə prinsiplərinə əsaslanan qərarlar təşkilatın normal fəaliyyətini bərpa edə və kino ictimaiyyətində yaranmış gərginliyi aradan qaldıra bilər".

Bəyanatı AKİ-nin katibləri Həmidə Ömərova, Oleq Səfərəliyev, Nadir Bədəlov, Tahir Tahiroviç, Türkan Hüseyn və icraçı katib Əli İsa Cabbarov imzalayıblar.

# 545 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər