Kinematoqrafçılar İttifaqı yeni layihə: “Öz filmini yarat!”

Kinematoqrafçılar İttifaqı yeni layihə:  “Öz filmini yarat!”
18 noyabr 2025
# 12:05

Azərbaycan Kinematoqrafçılar İttifaqı yeni layihə elan edib: “Öz filmini yarat!” qısametrajlı film laboratoriyası.

Kulis.az xəbər verir ki, layihənin əsas məqsədi yeni başlayan və inkişaf etmək istəyən rejissorlar, ssenaristlər və prodüserlər üçün nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlar da qazandırmaqdır.

AKİ-dən bildirilib ki, laboratoriyanın məqsədi iştirakçıların öz orijinal film ideyalarını inkişaf etdirmələri, onları peşəkar şəkildə sinopsis, tritment və ssenari mərhələlərinə gətirmələri, daha sonra isə çəkiliş prosesinə keçərək qısametrajlı filmlərini tamamlamalarıdır: "Təlim rejissor və prodüser, AKİ-nin katibi Oleq Səfərəliyev tərəfindən aparılacaq. Lakin iştirakçılar digər yerli mütəxəssislər tərəfindən də ustad dərsləri alacaqlar ki, bu da iştirakçılara yaradıcı sənayedə qəbul olunmuş müasir yanaşmalarla tanış olmaq imkanı yaradacaq. Hər bir iştirakçı mentor dəstəyilə öz layihəsini addım-addım inkişaf etdirib, laboratoriyanın sonunda filmini nümayiş üçün hazır vəziyyətə gətirəcək. Bu təlim yaradıcılıq prosesinə sistemli yanaşma təqdim edir və iştirakçılara öz film layihələrini sıfırdan peşəkar səviyyəyə qədər inkişaf etdirmək imkanı yaradır və həm yeni başlayanlar, həm də təcrübəsini gücləndirmək istəyən kino mütəxəssisləri üçün nəzərdə tutulub. Təlim prosesində iştirakçılar yaradıcılıq prosesini dərindən mənimsəmək üçün əlavə olaraq operator, kino rəssamı, kino bəstəkarı, prodüser və s. peşənin mütəxəssisləri ilə görüşəcəklər. Seçilmiş layihələr ekranlaşdırılıcaq".

Qeyd edək ki, layihəyə müraciət etmək istəyənlər dekabrın 1-dək AKİ-nin e-mail ünvanına ([email protected]) “Öz filmini yarat!” başlığı ilə müraciət edə bilərlər.

# 1250 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər