Kərküklü yazıçının Azərbaycana həsr olunan kitablarının təqdimatı keçirildi

Kərküklü yazıçının Azərbaycana həsr olunan kitablarının təqdimatı keçirildi
14 yanvar 2026
# 11:50

Türkiyənin Qazi Universitetində Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən yaradılmış Azərbaycan dilinin Tədrisi Ocağında tədqiqatçı, pedaqoq, jurnalist, şair və yazıçı, Kərkük Türkman Mədəniyyət Dərnəyinin rəhbəri Şəmsəddin Kuzəçinin Azərbaycana səfərləri əsasında yazdığı kitabların təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, ölkəmizin Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə baş tutan tədbirdə, azərbaycanlı və iraqlı diplomatlar, Gazi Universitetinin rəhbər şəxsləri, elm xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Təqdimat mərasiminin moderatoru Azərbaycan Dili Tədris Ocağının müəllimi Şəhla İbişova əvvəlcə İraq-türkman folklorunun toplanması, tədqiqi və nəşri sahəsində xidmətləri ilə tanınan Ş. Kuzəçinin yaradıcılığı haqqında məlumat verib.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxışında araşdırmaçı-jurnalist və şair Şəmsəddin Kuzəçinin Azərbaycan-İraq ədəbi əlaqələri, dostluq münasibətlərimizin inkişafında xidmətləri haqqında danışaraq, onun fəaliyyətinin xalqlarımız arasında dostluq, qardaşlıq körpüsünün möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.

“Şəmsəddin Kuzəçinin əsərlərində mənə ən çox təsir edən məqam, 1918-ci ildə Azərbaycanın köməyinə gələn Qafqaz İslam Ordusunun tərkibində savaşan yeddi iraqlı türkmanın ölkəmizin azadlığı uğrunda şəhid olmasıyla bağlı məlumatdır”,-deyə Samir Abbasov vurğulayıb.

S.Abbasov Türk dünyası ailəsi arasında bu cür ortaq dəyərlərin, milli mədəniyyətimizin, ədəbiyyatımızın təbliğinin əhəmiyyətini qeyd edərək, Ş.Kuzəçinin əsərlərində Azərbaycanı Kərküklü türkmanlər üçün “mənəvi məkan” adlandırdığını söyləyib, Azərbaycan ilə İraq arasındakı tarixi dostluq və ədəbi əlaqələrə diqqət çəkib.

Qazi Universiteti prorektoru, professor Selami Candan, Türk dünyası Araşdırma və Uyğulama Mərkəzinin rəhbəri, professor Bülent Aksoy, araştırmacı-yazar, professor Hayrettin İvgin və başqa natiqlər Şəmsəddin Kuzəçinin “Azərbaycan səyahətlərim" kitabının sadəcə bir səyahət gündəliyi deyil, qardaşlıq səfərinin nəticələrinin bədii salnaməsi olduğunu qeyd edərək, Türk dünyası ailəsinin zəngin mədəniyyəti, eyni dil, din, folklor, musiqi, ənənə yaxınlığının bu qardaşlıq münasibətlərinin bariz göstəricisi olduğunu söyləyiblər.

İraqın Türkiyədəki səfirliyinin ikinci katibi Usame Kemali Şəmsəddin Kuzəçinin yaradıcılığından söhbət açıb, bu cür layihələrin xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafına xidmət etdiyini bildirib.

Tədbirə Azərbaycanda İraq-türkman ədəbiyyatı üzrə tanınmış araşdırmaçı, professor Qəzənfər Paşayev canlı videobağlantı ilə çıxış edərək, Şəmsəddin Kuzəçinin uzun illər xalqlarımız arasında dostluq və ədəbi əlaqələrə töhfə verən yaradıcılığından bəhs edib.

Kərkük Türkman Mədəniyyət Dərnəyinin rəhbəri Şəmsəddin Kuzəçi çıxışında ölkəmizə səfərləri, qardaş Azərbaycanla mədəni-ədəbi əlaqələrdən danışıb. O, bildirib ki, İraq-türkman ədəbiyyatı ümumtürk ədəbiyyatının ayrılmaz tərkib hissəsidir.

Ş.Kuzəçi, türkmanların ədəbi-mədəni inkişafında mühüm rol oynayan şair və yazıçıların araşdırmaları, kitabları və tədqiqat məqalələrindən bəhs edib. “İraq-türkmanları xalqın mənəvi bütövlüyünü təmin edən zəngin folklor irsinə sahibdirlər. Ortaq tarixi dəyərlərimiz, adət-ənənələrimiz bizi bir-birimizdən ayırmır”, deyən yazıçı, Türk dünyası ölkələrinin bir-birinə daha da yaxınlaşmasının əhəmiyyətini vurğulayıb.

O, ədəbi-mədəni əlaqələrə töhfə verəcək “Kərküktən Azərbaycana” adlı saytın da fəaliyyətə başladığını qeyd edib.

# 994 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər