"Kənan Mahmudovun həbs olunmasını istəmirəm, amma..." - Orxan Saffaridən açıqlama

"Kənan Mahmudovun həbs olunmasını istəmirəm, amma..." - Orxan Saffaridən açıqlama
19 fevral 2026
# 10:33

“Yazdığım tənqidi yazıya görə məni təhdid edən, üstəlik, ən ağır formada ailəmi, namusumu ictimai formada söyən Kənan Mahmudovun həbs olunmasını istəmirəm. İstəmirəm ki, onun düşüncəsiz bir hərəkətinə, mahiyyətini başa düşmədiyi səhvinə görə anası, iki qızı, ümumilikdə ailəsi hansısa formada əziyyət çəkin, utansın. Buna görə də onu polisə şikayət etmək niyyətim yoxdur”.

Kulis.az xəbər verir ki, bu sözləri yazıçı Orxan Saffari rejissor Kənan Mahmudovun onu sosial şəbəkədə təhqir etməsindən sonra deyib.

O, həmçinin qeyd edib ki, Kənan Mahmudovun bu hərəkətinin cəzasız qalmağını da istəmir:

“Fəqət özünü mədəniyyət adamı hesab edən bir adamın başqa bir mədəniyyət adamına, tənqidi və azad fikir bildirən yazıçıya bu formada cavab verməsi yerdə qalmayacaq. Görünür, Kənan MM düşünür ki, heç kim ona heç nə deyə bilməz, o isə əvəzində istədiyi adamı da məhz istədiyi formada təhqir və təhdid edə bilər. Xülasə, Kənan Mahmudov adlı istedadsız hesab etdiyim rejissor və aktyoru xüsusi ittiham qaydasına məhkəməyə verirəm. İddiam onu rəsmi şəkildə üzr istəməsi və təzminat davası olacaq. Məhkəmə təzminatı təmin etdiyi halda, həmin məbləği Kənandan fərqli olaraq həqiqətən də istedadlı gənc rejissor dostlarımızdan birinə məhz iş görməsi, çəkməsi üçün hədiyyə edəcəm. Kənanın özünün istedadı buna yetməsə də, etdiyi hegemonluğun cəzası başqa bir istedadlı adama qismət olsun”.

gununsesi.info

# 3107 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər