Kənan Hacının 50 illik yubileyi keçirilib

Kənan Hacının 50 illik yubileyi keçirilib
12 aprel 2025
# 15:45

Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunun konfrans zalında tanınmış yazıçı-publisist Kənan Hacının 50 illik yubileyi keçirilib.

Kulis.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan DGTYB-nin başqanı, şair İntiqam Yaşar yubilyarın həyat və yaradıcılığı haqqında məlumat verib. Yazıçıya Dünya Gənc Türk Yazarlar Birliyinin Xüsusi Diplomunu təqdim edib. Milli Məclisin İctimai birliklər və dini qurumlarla iş Komitəsinin eksperti, şair-publisist Əkbər Qoşalı Komitə sədri, Millət vəkili Fazil Mustafanın təbrik məktubunu Kənan Hacıya təqdim edib və onun yaradıcılığı ilə bağlı fikirlərini bildirib.

Azərbaycan Yazıçılar Birliyinin Beynəlxalq əlaqələr üzrə katibi, şair Səlim Babullaoğlu Kənan Hacının müstəqillik dövrü Azərbaycan ədəbiyyatında müstəsna xidmətlərindən danışıb və onun yaradıcılığını yüksək qiymətləndirib.

Xalq artistləri Mərahim Fərzəlibəyov, Əli Nur, Əməkdar İncəsənət Xadimi, yazıçı-dramaturq Firuz Mustafa, Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq doktoru Arif Əsədullayev, tanınmış şair Qəşəm Nəcəfzadə, əməkdar jurnalist Zemfira Məhərrəmli, yazıçı Nurəddin Ədiloğlu, Xatirə Kitab Evinin direktoru Nəzakət Məmmədli, yazıçı Azad Qaradərəli, şair

İlham Qazaxlı, şair Zaur Ustac, gənc şair Yusif Nazim, yazıçı Südabə Sərvi, filologiya üzrə fəlsəfə doktoru Leyla Abbasova, ədəbiyyatşünas Aygün Cəfərova, yazıçı Nazilə Gültac və başqaları yazıçı haqqında ürək sözlərini dilə gətiriblər .

Bakı Bələdiyyə Teatrının aktyorları Günel Həmidova və Elməddin Zakirli yubilyarın şeirlərini səsləndiriblər.

Tədbirin sonunda Kənan Hacı tədbirin təşkilatçılarına və iştirakçılara öz təşəkkürünü bildirib.

# 2130 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər