“Karmen. Xosenin hekayəsi” tamaşasının premyerası oldu

“Karmen. Xosenin hekayəsi”  tamaşasının premyerası oldu
24 yanvar 2026
# 10:30

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında dramaturq və teatr kuratoru İsmayıl İmanın səhnələşdirməsi əsasında hazırlanmış “Karmen. Xosenin hekayəsi” tamaşasının premyerası keçirilib.

Kulis.az xəbər verir ki, tamaşa iki - gənc və yetkin Xosenin hekayəsi kimi qurulub.

Gənc Xose sevgini azadlıq kimi yaşayır, yetkin Xose isə bir zamanlar etdiyi seçimin əvəzini ödəyərək zamansızlıqda ilişib qalıb. O, dəfələrlə gənc Xose ilə qarşılaşır, onun Karmenlə bağlı hekayəsini necə yaşadığını və danışdığını izləyir.

Bu interpretasiyada Karmen konkret qadın deyil, sevgi fenomenidir — arzu, ana bağlılığı və itki qorxusunun bir-birinə qarışdığı bir obrazdır. Onun yanında daim Şər — insanı qabaqlayan, hadisələri istiqamətləndirən və keçmişi dəyişməyə imkan verməyən bir qüvvə mövcuddur.

Tarixin gedişinə müdaxilə etməyə, labüd gedişatı dayandırmağa və gənc Xoseni əvvəlcədən müəyyən edilmiş taledən xilas etməyə çalışan yetkin Xose həlledici addım atmağa qərar verir.

Tamaşanın quruluşçu rejissoru Tural Mustafayev, quruluşçu rəssamı Mustafa Mustafayev, bəstəkarı Anar Yusifov, xoreoqrafı Kamilla Əliyeva, plastik həlli isə Elnur İsmayılzadədir.

Baş rollarda Azərbaycan Respublikasının Xalq artisti Fuad Osmanov, Əməkdar artistlər Həcər Ağayeva və Murad Məmmədov çıxış edirlər.

Tamaşada, həmçinin Səidə Vəlibəyova, İlkin Mehtiyev, Fərid Hüseynov, Rəşad Əliyarov, Səma Vəliyeva, Gövhər Şahbanova, Dilarə Nəzərova, Fidan Ağaverdiyeva və Səbinə Asim rol alıblar.

# 1185 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər