Kamran Yunis: "Fuad Poladovu teatrdan uzaqlaşdıran adama sayqım yoxdur"

Kamran Yunis:  "Fuad Poladovu teatrdan uzaqlaşdıran adama sayqım yoxdur"
10 aprel 2023
# 11:40

Ötən gün dünyasını dəyişən Xalq artisti Azər Paşa Nemətovu tənqid edənlərdən biri də aktyor Kamran Yunis olub.

Kulis.az xəbər verir ki, sənətçi oz sosial şəbəkə hesabındakı paylaşımında bunları qeyd edib:

"O da öldü... İndi kim mən, mən, mən deyəcək? Bəlkə də belə yazmaqda haqsızam, amma elə yaşayaq ki, rəhmət deyənlər çox olsun".

İzləyicilər tərəfindən tənqid edilən aktyor yazılanlara reaksiya verərkən mərhum Xalq artisti Fuad Poladovun Akademik Milli Dram Teatrından getməsini xatırladıb:

"Fuad Poladovu teatrdan uzaqlaşdıran və ya son zərbə vurana mənim kitabımda sayqı yoxdur. Hələ teatrdan qovduğu həqiqi istedadlı gəncləri sadalamıram: İlham Hüseynov, Hikmət Rəhimov, Murad İsmayıl... Bu gənclər hərəsi bir teatrdır. Ustadınızdır, gedin yas tutun. Mənim dəyərlər sistemim belədir".

Qeyd edək ki, Fuad Poladov vaxtilə Akademik Milli Dram Teatrının direktoru ilə yaşadığı mübahisəyə görə oradan uzaqlaşıb.

# 13541 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər