Kamal Sunal ad gününü niyə qeyd etmirdi?

Kamal Sunal ad gününü niyə qeyd etmirdi?
3 iyul 2025
# 13:47

Bu gün böyük türk aktyoru Kamal Sunalın anım günüdür.

Kulis.az bu münasibətlə aktyor haqqında bilinməyən 10 maraqlı faktı təqdim edir.

1. 10 noyabrda doğulub, ancaq həmin gün Atatürkün ölüm günü olduğu üçün ad gününü həmişə 11 noyabrda qeyd edirdi.

Kamal Sunal haqqında bilmədiyimiz 10 FAKT

2. Bir dəfə bir nəfər Kamal Sunalın qızı Ezo Sunala “Məni atanız böyütdü” – deyir. Ezo xanım təəccüblə “Necə yəni?” – deyə soruşanda dediyinə aydınlıq gətirir: “Balaca idim. Atam ölmüşdü. Anam işə gedirdi. Bacım ev işlərini görmək üçün ard-arda Kamal Sunal filmlərini qoyurdu və bilirdi ki, filmlər bitənə qədər televizorun qarşısından qalxmayacam.”

Related image

3. Həyat yoldaşı Gül Sunay ilə tanışlıqdan sonra düz iki il yarım məktublaşmışdı.

4. Yaşadıqları ev o qədər rütubət olub ki, qonaq gələndə qoxunu itirmək üçün kartof qızardırmışlar.

Image result for Kemal Sunal

5. İlk serialı “Qəmbəy bəy”in gözlənilən tamaşaçı toplaya bilməməsinin səbəbi eyni saatda başqa kanallarda Kamal Sunal filmlərinin yayımlanması olub. Özü özünə qarşı...

Yeşilçam'ın güldüren yüzü: Kemal Sunal

6. 48 yaşında dissertasiya mövzusunu özündən götürüb və “Məni kimsə araşdırmayacaq, ona görə özüm edirəm” demişdi.

Image result for Kemal Sunal

7. Orta məktəbdə övladlarını şagird yoldaşları “İnəyin uşağı” deyə ələ salırmışlar.

Related image

8. Evdə həmişə filmdəki paltarlarda gəzərmiş.

Related image

9. Çiy küftənin hazır olub-olmadığını yoxlamaq üçün tavana atan məşhurun təkcə İbrahim Tatlısəs olduğunu düşünürsünüzsə, yanılırsınız. Kamal Sunal da bunu tez-tez edib Gül Sunalı əsəbiləşdirirmiş.

Related image

10. Çiy küftə sevgisindənmi, yoxsa səsinin gözəlliyindənmi, ən çox İbrahim Tatlısəsi dinləyərmiş.

Image result for Kemal Sunal Propaganda

# 1730 dəfə oxunub

Oxşar xəbərlər

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
Tanınmış aktrisa həbs edildi - Fələstinə dəstək aksiyasında iştirakına görə

Tanınmış aktrisa həbs edildi - Fələstinə dəstək aksiyasında iştirakına görə

15:55 25 sentyabr 2026
Zəki Mürən vəfatının 30-cu ildönümündə yad edildi

Zəki Mürən vəfatının 30-cu ildönümündə yad edildi

15:30 25 sentyabr 2026
Uilyam Folkner: "Yaxsı sənətkar tamamilə mərhəmətsiz olmalıdır..."

Uilyam Folkner: "Yaxsı sənətkar tamamilə mərhəmətsiz olmalıdır..."

14:30 25 sentyabr 2026
Tanınmış memarın sirli ölümü – Həyat yoldaşı həbs edildi

Tanınmış memarın sirli ölümü – Həyat yoldaşı həbs edildi

14:00 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər