Kamal Abdullanın romanı Türkiyədə çap olundu

Kamal Abdullanın romanı Türkiyədə çap olundu
1 sentyabr 2026
# 15:20

Xalq yazıçısı Kamal Abdullanın “Laokoon…Laokoon… yaxud bir romanın “gerçək” yazılma tarixçəsi” romanı Türkiyədə işıq üzü görüb.

Kulis.az xəbər verir ki, Bəxtiyar Aslanın türk dilinə çevirdiyi əsər yazıçının sayca beşinci romanıdır.

Müəllif məşhur “Yarımçıq əlyazma” romanının yazılma tarixçəsini özünəməxsus bədii-fəlsəfi formada təqdim edir. Roman iç-içə süjetlər və fəsillər vasitəsilə, mifoloji zamanla çağdaş zaman arasında sıçrayışlarla müşayiət edilən hadisələr şəklində qurulub.

Əsərin qəhrəmanı olan Vaqif bir roman yazmaqdadır, bütün düşüncəsi, varlığı həmin əsəri yazarkən içinə dolan “tanış və yad sonsuz lüğət”lə bağlı suallarla dolur. Vaqif öz şübhələrini sevgilisi Firəngizin gözlənilməz suallarında, məsələnin məğzinə işıq tutan baxışlarında yəqinləşdirir.

Kitabın ön sözü çoxmüəlliflidir. Ön sözdə Xalq yazıçısı Kamal Abdullanın yaradıcılığı haqqında Franko Kardini, Maks Statkiyeviç, Anastasiya Yermakova, Lüdmila Lavrova, Anar, Ramiz Rövşən, İsa Həbibbəyli, Arif Acaloğlu, Tehran Əlişanoğlu və Aqşin Yeniseyin fikirləri yer alıb.

Qeyd edək ki, “Laokoon…Laokoon… yaxud bir romanın “gerçək” yazılma tarixçəsi” 2021-ci ildə Bakıda, 2022-ci ildə isə Almaniyada nəşr olunub. “Amazon” və “Thalia” kimi böyük internet satış saytlarında oxuculara təqdim edilib.

# 714 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər