Kamal Abdulla Özbəkistanın Kokand Dövlət Pedaqoji İnstitutunun Fəxri doktoru seçildi

Kamal Abdulla Özbəkistanın Kokand Dövlət Pedaqoji İnstitutunun Fəxri doktoru seçildi
13 iyun 2023
# 23:21

İyunun 13-də Azərbaycan Dillər Universitetində Özbəkistanın Kokand Dövlət Pedaqoji İnstitutunun nümayəndə heyəti ilə görüş keçirilib.

Kulis.az xəbər verir ki, ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib.

Qeyd olunub ki, Azərbaycan və Özbəkistan arasında sıx dostluq və tərəfdaşlıq münasibətləri var. Bu münasibətlər yüksələn xətlə inkişaf edir. Ölkələrimiz arasında bütün sahələrdə, xüsusən də elm və təhsil sahəsində davam edən əməkdaşlığın müsbət nəticələrini görə bilərik:

“ADU-da fəaliyyət göstərən beynəlxalq dil və mədəniyyət mərkəzləri öz işində elmi əməkdaşlığı ön plana çəkir. Bu da elmi əməkdaşlığımızın inkişafına və əlaqələrimizin daha da möhkəmlənməsinə şərait yaratmış olur”.

Kokand Dövlət Pedaqoji İnstitutunun rektoru Dilnoza Xocayeva səmimi qarşılanmaya və qonaqpərvərliyə görə universitet rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib.

Qeyd olunub ki, universitetlər arasında əməkdaşlığın qurulması olduqca mühüm əhəmiyyət kəsb edəcək. Bu əməkdaşlıq müəllim-tələbə mübadiləsinin aparılması, qarşılıqlı öyrənmə və təcrübə baxımından yeni imkanların əldə olunmasına şərait yaratmış olacaq.

ADU-da fəaliyyət göstərən dil və mədəniyyət mərkəzləri haqqında qonaqlara məlumat verilib. Bildirilib ki, bu mərkəzlər müəllim və tələbələrin bilik və bacarıqlarının artırılması istiqamətində mühüm işlər görməkdədir.

Özbəkistanın Kokand Dövlət Pedaqoji İnstitutunun rektoru Dilnoza Xocayeva akademik Kamal Abdullanın rəhbərlik etdiyi ali təhsil ocağının Fəxri doktoru seçilməsini universitetin elmi-pedaqoji həyatı üçün əlamətdar hadisə kimi dəyərləndirib və Fəxri doktor mantiyasını ona təqdim edib.

Daha sonra qonaqlar ADU-da fəaliyyət göstərən dil və mədəniyyət mərkəzləri ilə yaxından tanış olublar.

# 1770 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər