“İzdivac” filminin çəkilişləri davam edir

“İzdivac” filminin çəkilişləri davam edir
3 iyun 2025
# 09:30

Rejissor Elvin Rüstəmzadə yeni çoxseriyalı bədii filmi üzərində çalışır.

Kulis.az xəbər verir ki, komediya janrında olan “İzdivac” filminin bu il “Youtube” platformasında nümayiş etdirilməsi planlaşdırılır.

Ekran işi “Gecə-gecə” adlı internet serialının ikinci bölümü olacaq.

Müəlliflərin sözlərinə görə, ”İzdivac” absurd məntiq və köhnə adət-ənənələrlə yoğrulmuş kənd həyatı fonunda baş verən qızqaçırma hekayəsinə komik və tənqidi yanaşma sərgiləyəcək.

Filmdə rolları Səmimi Fərhad, Əli Ucal, Sabirə Abdullayeva, Kamil Nazim, Rasəf Mehdiyev və Müdhət Aydın ifa edirlər.

Yaş həddi 12+ olan ekran işinin quruluşçu rejissoru Elvin Rüstəmzadə, ssenari müəllifi Əli Ucal, operatoru Şahmar Səfəroğlu, rəssamı və ikinci rejissoru isə Telman Talıbdır.

Qeyd edək ki, Elcan Məmmədovun prodüserliyi ilə çəkilən “İzdivac” filmi “Prove prodakşn” şirkətinin istehsalıdır.

# 2308 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər