IV Azərbaycan Vokalçıları Festivalı çərçivəsində konsert keçirildi

IV Azərbaycan Vokalçıları Festivalı çərçivəsində konsert keçirildi
24 dekabr 2024
# 16:34

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı və Bülbül Vokal Məktəbinin təşkilatçılığı ilə keçirilən IV Azərbaycan Vokalçıları Festivalı çərçivəsində Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Xalq artisti Sevinc İbrahimovanın konsert proqramı baş tutub.

Kulis.az xəbər verir ki, Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestrinin müşayiəti, Xalq artisti Rafael Bayramovun dirijorluğu ilə ifaçı Ü.Hacıbəylinin “Koroğlu” operasından Nigarın, “Arşın mal alan” operettasından Asyanın ariyalarını, Fikrət Əmirovun "Ulduz", "Azərbaycan elləri" romanslarını, K.Qlyukun “Paris və Yelena” operasından Parisin ariyasını, J.Bizenin “Karmen” operasından “Xabanera”nı, R.Şuman “Lotos”, Ç. A. Biskio “Mamma”, F.Obradors “El Vito” əsərlərini təqdim edib.

Xalq artistinin Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova ilə birgə F. Bədəlbəylinin “Ave Mariya” dueti, solistlər Rüstəm Cəfərov və Elmir Pişnamazovla ifaları böyük rəğbətlə qarşılanıb.

# 2317 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər