İTV-nin baş direktoru vəzifəsinə sənəd qəbulu elan ediləcək

İTV-nin baş direktoru vəzifəsinə  sənəd qəbulu elan ediləcək
16 aprel 2026
# 15:47

"İctimai Televiziya və Radio Yayımları Şirkətinin hazırki baş direktoru İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının 24 may 2022-ci il tarixli səsverməsi və yekun qərarı ilə 4 il müddətinə seçilib. Beləliklə, hazırki baş direktorun səlahiyyət müddəti hələ başa çatmayıb".

Bu barədə APA-nın sorğusuna cavab olaraq Audiovizual Şuradan məlumat verilib.

"Bundan əlavə qeyd olunmalıdır ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının iclasının keçirilməsi, baş direktorun seçilməsi ilə bağlı prosedur məsələlər “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir. İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar olaraq müvafiq vəzifəyə namizədlərin müəyyənləşdirilməsi üçün Audiovizual Şura tərəfindən sənəd qəbulu prosesinin aparılması və bu məqsədlə elan verilməsi nəzərdə tutulur. Elan Audiovizual Şuranın rəsmi veb-saytında və mediada dərc olunacaq", - məlumatda bildirilib.

Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinə baş direktor seçkisi "İctimai televiziya və radio yayımı haqqında" qanuna əsasən bu ilin may ayının sonunda keçiriləcək.

Xatırladaq ki, İTV-nin baş direktoru Balakişi Qasımovdur.

# 1639 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər