İtaliyada ilk monumental teatrın memarı

İtaliyada ilk monumental teatrın  memarı
19 avqust 2025
# 13:50

19 avqust Venesiyalı sənətkar, monumental teatrın banisi, memar Andrea Palladionun anım günüdür.

Kulis.az bu münasibətlə memarı həyatı və fəaliyyəti ilə bağlı maraqlı faktları təqdim edir.

Andrea Palladionun 1508 - 1580-ci illər arasında Venesiyanın Padova şəhərində yaşadığı güman edilir.

O, əsasən Viçensa və Venesiyada yaşayıb - yaradıb.

Onun memarlığı son İntibah dövrünün zirvəsi hesab edilir və Avropa memarlığının sonrakı inkişafına böyük təsir göstərib.

XVII–XVIII əsrlərdə onun memarlıq yenilikləri Avropada klassisizmin “Palladioçuluq” adını aldı.

Palladio ideyalarını “Memarlıq haqqında dörd kitab” adlı əsərində yazıb. Kitab 1570- ci ildə qələmə alınıb.

Onun əsərləri təbiiliyi, rahatlığı, sakitliyi, kamilliyi, ciddi nizamlılığı və ətraf mühitlə vəhdəti ilə fərqlənir.

Onun memarlıq nümunələri Viçensa və Venesiyanı bəzəyir, Viçensa isə onun şəhəri hesab olunur.

1549-cu ildə tikilən "Bazilika" memarlıq binası Viçensadakı ən böyük memarlıq binasıdır və Palladionun ən məşhur əsərlərindəndir.

Bununla yanaşı, onun memarı olduğu və 1580-ci ilə aid "Olimpiko teatrı" İtaliyadakı ilk monumental teatrdır, antik Roma teatr tipindən istifadə olunaraq qurulub. Tamaşaçı zalı ellips formasında dizayn edilib.

Palladionun ideyaları xüsusilə İngiltərə, Fransa və Rusiya memarlığına yüksək dərəcədə təsir göstərib.

# 1485 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər