İstanbuldan alınan qədim sikkə ilə "Turin kəfəni" arasındakı oxşarlıqlar

İstanbuldan alınan qədim sikkə ilə "Turin kəfəni" arasındakı oxşarlıqlar
25 avqust 2025
# 11:40

İstanbuldan alınan sirli bir sikkə xristian dünyasında uzun illərdir müzakirə olunan "Turin kəfəni" ilə bağlı mübahisələri yenidən alovlandırıb.

Kulis.az xəbər verir ki, X əsrdə İstanbulda zərb olunmuş bir bürünc sikkə "Turin kəfəni"ndəki üz təsviri ilə təəccüblü dərəcədə oxşardır.

İsanı təsvir etdiyi düşünülən bu qədim sikkə "Turin kəfəni"nin həqiqiliyinə dair yeni müzakirələrə səbəb olub.

Turin kəfəni — uzunluğu 4,4 metr, eni isə 1,1 metr olan kətandan hazırlanmış parçadır və onun üzərində ön və arxa tərəfdən görünən çarmıxa çəkilmiş bir kişinin izləri yer alır. 1988-ci ildə aparılmış karbon analizləri parçanın 1260–1390-cı illərə aid olduğunu göstərib və bu, onun İsa Məsihin dəfn örtüyü ola bilməyəcəyi fikrini doğurub. Lakin bəzi alimlər bu testlərin parçanın daha sonra bərpa olunmuş hissəsindən götürüldüyünü və nəticələrin yanıltıcı ola biləcəyini bildirirlər.

İngiltərədəki London Zərbxanasının tarixçisi Castin Robinson 2018-ci ildə əldə etdiyi sikkədəki bir santimetrlik portretin "Turin kəfəni"ndəki qaş, alın və burun xəttindəki tipik xaç formasını demək olar ki, tam təkrarladığını deyir. Onun sözlərinə görə, əgər 10-cu əsrdə zərbxana ustaları bu simanı sikkəyə köçürmüşdürsə, bu zaman "Turin kəfəni" orta əsr saxtakarlığı ola bilməz.

Sikkənin ön tərəfində “Tanrı bizimlə”, arxa tərəfində isə “İsa Məsih, kralların kralı” ifadələri yer alır.

Robinson bu oxşarlıqları “mütləq sübut” kimi qiymətləndirir və İmperatorun İstanbulda saxlanılan “gerçək İsa təsvirini” imperiyanın pullarında əbədiləşdirmək istəmiş ola biləcəyini bildirir.

# 1588 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər