İstanbulda Eldar Mansurovun yaradıcılığına həsr olunmuş konsert keçirildi

İstanbulda Eldar Mansurovun yaradıcılığına həsr olunmuş konsert keçirildi
2 aprel 2026
# 11:30

Aprelin 1-də İstanbulun aparıcı sənət məkanlarından biri olan Atatürk Kültür Mərkəzində (AKM) Azərbaycan Respublikasının Xalq artisti, bəstəkar Eldar Mansurovun simfonik yaradıcılığına həsr olunmuş möhtəşəm konsert keçirilib.

Kulis.az xəbər verir ki, konsert bəstəkarın müəllifi olduğu “Simfonik qravürlər” layihəsi çərçivəsində baş tutub.

Layihə müxtəlif illərdə ərsəyə gəlmiş əsərlərin vahid bədii konsepsiya əsasında təqdim olunduğu xüsusi musiqi silsiləsidir. Qravürlər kimi, hər bir əsər ayrıca bir obraz və emosiyanı ifadə edir, birlikdə isə bütöv və zəngin musiqi mənzərəsi yaradır. Layihənin əsas xüsusiyyətlərindən biri proqramın hər təqdimatda yenilənməsidir. İstanbul konsertində bu silsilə çərçivəsində 14 əsər səsləndirilib və proqram bəstəkarın yaradıcılığının müxtəlif mərhələlərini əhatə edib. “Simfonik qravürlər” layihəsi daha əvvəl Bakı, Budapeşt və Roma şəhərlərində uğurla təqdim olunub və beynəlxalq auditoriya tərəfindən böyük maraqla qarşılanıb.

Konsertdə simfonik əsərləri İstanbul Dövlət Opera və Balet Orkestri səsləndirib. Orkestri Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru Fuad İbrahimov idarə edib. Gecədə dünya şöhrətli tenor Yusif Eyvazov, soprano Hale Soner, eləcə də Türkiyənin ən məşhur və sevilən sənətçilərindən biri Levent Yüksel çıxış ediblər. Konsertin ən yaddaqalan məqamlarından biri bəstəkarın dünya miqyasında tanınan əsəri “Bayatılar”ın səsləndirilməsi olub. Türkiyədə “Zalim” adı ilə məşhurlaşan bu əsər Levent Yükselin ifasında səslənərək gecənin kulminasiyasına çevrilib və tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanaraq uzun sürən alqışlara səbəb olub. Konsertin sonunda Eldar Mansurov səhnəyə çıxaraq tədbirə qatılan tamaşaçılara səmimi təşəkkürünü bildirib.

Eldar Mansurovun musiqisi, milli intonasiyalarla simfonik musiqinin vəhdəti, İstanbul tamaşaçıları tərəfindən böyük maraqla qarşılanıb. Konsert boyu zalda yüksək emosional ab-hava hökm sürüb, proqramın sonunda isə tamaşaçılar ifaçıları uzun sürən alqışlarla yenidən səhnəyə dəvət ediblər. İstanbulda keçirilən bu konsert Eldar Mansurovun yaradıcılığına beynəlxalq marağın növbəti təsdiqi olmaqla yanaşı, Azərbaycan ilə Türkiyə arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə xidmət edən əlamətdar hadisə kimi yadda qalıb.

# 1066 dəfə oxunub

Oxşar xəbərlər

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
Tanınmış aktrisa həbs edildi - Fələstinə dəstək aksiyasında iştirakına görə

Tanınmış aktrisa həbs edildi - Fələstinə dəstək aksiyasında iştirakına görə

15:55 25 sentyabr 2026
Zəki Mürən vəfatının 30-cu ildönümündə yad edildi

Zəki Mürən vəfatının 30-cu ildönümündə yad edildi

15:30 25 sentyabr 2026
Uilyam Folkner: "Yaxsı sənətkar tamamilə mərhəmətsiz olmalıdır..."

Uilyam Folkner: "Yaxsı sənətkar tamamilə mərhəmətsiz olmalıdır..."

14:30 25 sentyabr 2026
Tanınmış memarın sirli ölümü – Həyat yoldaşı həbs edildi

Tanınmış memarın sirli ölümü – Həyat yoldaşı həbs edildi

14:00 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər