İsraildə Abdulla Şaiqin əsəri təqdim olundu

Tıq-tıq xanım kitabı

Tıq-tıq xanım kitabı

11 noyabr 2021
# 18:00

İsrailin Qiryat Yearim şəhərində Azərbaycanın görkəmli yazıçısı Abdulla Şaiqin cuuri (Dağ yəhudilərinin dili) dilində nəşr edilmiş “Tıq-tıq xanım” kitabının təqdimat mərasimi keçirilib.

Mərasimdə şəhər ictimaiyyətinin, “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının və Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Kulis.az xəbər verir ki, tədbirdə çıxış edənlər Abdulla Şaiqin anadan olmasının 140 illiyinə həsr olunmuş bu layihənin həyata keçirilməsini yüksək qiymətləndiriblər. Bildirilib ki, layihə Azərbaycan ədəbiyyatının, onun görkəmli ədiblərinin İsraildə tanıdılması və təbliğ olunması məqsədinə xidmət edir.

Qeyd edək ki, “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının dəstəyi ilə nəşr olunmuş kitabın İsraildəki kitabxanalara, tanınmış mədəniyyət və ictimai-siyasi xatimlərə bəxş edilməsi, yaxın zamanda Bakıda təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulub.

# 2632 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər