İsrail Avroviziyada səsləri oğurlayıb? - Qalmaqal

İsrail Avroviziyada səsləri oğurlayıb? - Qalmaqal
21 may 2025
# 11:00

Mayın 17-də İsveçrənin Bazel şəhərində keçirilən Avroviziya Mahnı Müsabiqəsində İsrailin ikinci olmasına bir çox ölkədən yayımçı və nümayəndə sərt reaksiya verib.

Kulis.az xəbər verir ki, Qəzzaya intensiv hücumlarını davam etdirən İsrailin müsabiqədən kənarlaşdırılmasını istəyən İspaniyanın dövlət televiziyası RTVE səsvermənin etibarlılığından şübhələndiklərini ifadə edərək səslərin bölüşdürülməsinin ətraflı araşdırılmasını istəyib.

İspaniyanın baş naziri Pedro Sançes də İsrailə Avroviziya Mahnı Müsabiqəsi kimi beynəlxalq yarışmalara və tədbirlərə qadağa qoyulmalı olduğunu deyib.

Ölkələrdən gələn reaksiyaların ardından açıqlama verən EBU ( Avropa Yayım Birliyi) səsvermənin “dünyanın ən qabaqcıl sistemi” ilə keçirildiyini iddia edərək özünü müdafiə edib.

Onlar həmçinin yayımçılarla görüşəcəklərini də vurğulayıblar.

Qeyd edək ki, müsabiqənin qalibi "Wasted Love" mahnısı ilə Avstriya təmsilçisi JJ olub.

# 1671 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər