“İspaniya və Latın Amerikası ədəbiyyatı bayramı” keçirildi

“İspaniya və Latın Amerikası ədəbiyyatı bayramı” keçirildi
24 may 2024
# 15:30

Dövlət Tərcümə Mərkəzində son illər İspaniya və Latın Amerikası ədəbiyyatı üzrə tərcüməsi və nəşri ərsəyə gətirilmiş kitabların təqdim edildiyi “İspaniya və Latın Amerikası ədəbiyyatı bayramı” adlı bədii-musiqili mərasim keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə Azərbaycan dilinə tərcümə olunan əsərlərdən səsləndirilən parçalarla yanaşı, İspaniya və Latın Amerikası ölkələrinin milli musiqi və rəqsləri, eləcə də milli mətbəxləri təqdim olunub.

Mərasimdə çıxış edən Mərkəzin İdarə Heyətinin sədri, Xalq yazıçısı Afaq Məsud bildirib ki, Mərkəzi İspaniya və Latın Amerikası coğrafi baxımdan uzaq olsa da, ruhi, mənəvi cəhətdən hədsiz doğmadır. O, həmçinin bu ədəbiyyata Azərbaycanda olan sevgi və maraqdan danışıb. Xalq şairi Ramiz Rövşən İspaniya və Latın Amerikası ədəbiyyatının dünya ədəbiyyatına böyük təsir qüvvəsindən, Azərbaycan dilində ərsəyə gətirilən əsərlərin bədii tərcümə keyfiyyətindən söz açıb.

İspaniya və Latın Amerikası ölkələrinin rəsmi təmsilçiləri – Argentina, Çili, İspaniya, Kolumbiya, Kuba, Meksika, Venesuelanın səfirləri və müvəqqəti işlər vəkilləri Mərkəzin İspaniya və Latın Amerikası ədəbiyyatının Azərbaycanda tanıdılması istiqamətində gördüyü işlərin əhəmiyyəti barədə məlumat verib.

Onlar bəşəri simaların əsərlərinin tərcüməsinə və nəşrinə geniş yer ayrılmasını yüksək dəyərləndiriblər.

# 1793 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər