“İRS – Naslediye” jurnalının yeni nömrəsi işıq üzü gördü

“İRS – Naslediye”  jurnalının yeni nömrəsi işıq üzü gördü
22 dekabr 2025
# 18:32

Moskvada “İRS – Naslediye” jurnalının Azərbaycan tarixindəki mühüm və əsasən simvolik tarixlərə, eləcə də bəzi mədəni irs obyektlərinə həsr olunmuş yeni nömrəsi işıq üzü görüb.

Kulis.az xəbər verir ki, İkinci Qarabağ müharibəsində Azərbaycanın Zəfərinin 5-ci ildönümü jurnalın nömrəsində mərkəzi yeri tutur. Baş redaktor Musa Mərcanlının redaksiya köşəsində qeyd olunur ki, nömrənin hazırlanması zamanı bu əlamətdar tarix ölkədə ən yüksək səviyyədə qeyd olunub, o cümlədən dost Türkiyə və Pakistan dövlətlərinin hərbi hissələrinin iştirakı ilə Bakıda hərbi parad keçirilib.

Xüsusi diqqət 2020-ci il noyabrın 8-də baş verən hadisələrə yönəlib. Həmin hadisələrdə Azərbaycan Ordusu olduqca mürəkkəb taktiki əməliyyatdan sonra xalqımız üçün müqəddəs əhəmiyyətə malik Şuşanı azad edib. Ayrı bir məqalə isə Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və abadlıq işlərinə həsr olunub.

Yeni nömrədə, həmçinin İrəvan xanlığının tarixinə həsr olunmuş məqalələr yer alıb. Sonuncu məqalə XIX əsrin sonlarından etibarən baş verən hadisələri əhatə edir və Cənubi Qafqazda azərbaycanlılarla ermənilər arasında millətlərarası münaqişənin baş verməsindən sonra Azərbaycan əhalisinin etnik və mədəni təmizlənməsinə həsr olunub.

Buraxılışdakı digər materiallar arasında 1920-1930-cu illərdə Bakı memarlığında konstruktivizmin inkişafı haqqında məqalə də var. Bu məqalə özünün ən parlaq ifadəsini “bölmə” evlərində tapıb və həmin dövrə xas olan kollektivlik və bərabərlik anlayışlarını əks etdirib.

Ayrıca məqalə tanınmış Bakı fotoqrafı İsak Rubençikin yaradıcılığına həsr olunub. Nəşrin digər materialları da Azərbaycanın tarixi və mədəniyyətinin dərindən dərk edilməsinə yönəlib və geniş oxucu kütləsi üçün maraqlı olacaq.

# 1414 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər