“İRS” jurnalının ərəb dilində növbəti nömrəsi nəşr olundu

“İRS” jurnalının ərəb dilində növbəti nömrəsi nəşr olundu
4 mart 2024
# 18:20

“İRS” jurnalının ərəb dilində növbəti nömrəsi nəşr olunub.

Kulis.az xəbər verir ki, jurnalın yeni nömrəsi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan məqalə ilə açılır. Misirdə yerləşən Siyasi Dialoq və Media Araşdırmalar Mərkəzinin direktoru Əhməd Tahirin müəllif olduğu məqalədə Ulu Öndərin həyat və ictimai fəaliyyətindən geniş bəhs edilir. Onun Azərbaycan ilə ərəb və İslam dünyası arasında müxtəlif siyasi, iqtisadi və mədəni sahələrdə möhkəm əlaqələrin əsasını qoyduğunu, çoxsaylı səfər və görüşlər keçirdiyini ardıcıllıqla və maraqlı faktlarla qeyd edir.

Jurnalın bu sayında Əlcəzair Xəbər Agentliyinin icraçı redaktoru, yazar Əbdülqadir Xəlil əl-Cəzairinin Şuşaya səfəri zamanı aldığı təəssüratlardan bəhs edən geniş məqaləsi ərəbdilli oxucuların böyük rəğbətinə səbəb olacaq.

Tunisli jurnalist Sanaa Klişin məqaləsi Azərbaycanın paytaxtı Bakıya həsr olunub. Məqalə cəlbedici fotolarla verilib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanovun məqaləsində ölkənin işğaldan azad olunmuş ərazilərində mina problemindən və bu problemin həmin torpaqların bərpası və vətəndaşların qayıtması üçün törətdiyi çətinliklərdən söhbət açılır.

Bundan əlavə, Azərbaycanın yeganə ərəbdilli jurnalı olan “İRS-Turas”ın bu sayında İrəvan quberniyası haqqında Ziyad Əmrahovun, N.Tusi haqqında Ramiz Duyğunun, miniatür sənəti haqqında Solmaz Namazovanın məqalələri ərəb oxucularına Azərbaycanın zəngin maddi-mənəvi irsi haqqında geniş bilgi verir. Jurnalın bu sayında digər maraqlı məqalələr də nəfis tərtibatı ilə diqqəti cəlb edir.

# 1750 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər