“İRS” jurnalının Çin dilində növbəti nömrəsi nəşr olundu

“İRS” jurnalının Çin dilində növbəti nömrəsi nəşr olundu
2 fevral 2026
# 17:32

Azərbaycan mədəniyyətinin, incəsənətinin xaricdə təbliği ilə məşğul olan “İRS” jurnalının Çin dilində növbəti nömrəsi nəşr edilib.

Kulis.az xəbər verir ki, nəşrə Çinin ölkəmizdəki səfiri xanım Lu Meyin Azərbaycan-Çin münasibətlərinə dair məqaləsi, Azərbaycan Memarlar İttifaqının Memarlıq irsi üzrə komissiyasının sədri Rizvan Bayramov “Bakı memarlığında Art Nouveau” məqaləsi, habelə “Göygöl və Maralgöl – Kəpəz dağının hədiyyəsi”, “Ada layiq olmaq – Heydər Əliyev Mərkəzi”, “Qəhrəmanlar tərəfindən yaradılmış ilahi bir nemət”, “Mirzə Qədim İrəvani və onun yaradıcılıq irsi”, “XVIII–XIX əsrlərə aid Azərbaycan memarlığının şah əsərləri: Şəki xanlarının sarayı və Şəkixanovların evi” adlı yazılar daxil edilib.

Qeyd edək ki, “İRS” jurnalının Çin dili versiyası (“Yichan”) çinli oxucuların Azərbaycan haqqında reallıqları ilk mənbədən Çin dilində oxuması baxımından böyük əhəmiyyət daşıyır. Jurnal çinlilərin Azərbaycanı daha da yaxından tanımaları üçün mükəmməl məlumat toplusudur. Jurnalın nüsxələri Çinin elmi-tədqiqat institutlarına, kitabxanalara, strateji araşdırma mərkəzlərinə, nüfuzlu ali təhsil ocaqlarına göndərilir.

# 1056 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər