İranda qeyri-adi məkan: “Pişik muzeyi” - Fotolar

Pişik muzeyi

Pişik muzeyi

16 oktyabr 2021
# 13:30

İki il əvvəl İranın paytaxtı Tehranda “Pişik muzeyi” açılıb. “Kişaverzi Bulvarı” adlanan yerdə, təxminən 200 kv. sahəsi olan muzeyin divarları pişik şəkilləri ilə bəzənib. Muzeydə müxtəlif növdə 30-a yaxın pişik var.

İran Mədəniyyət Nazirliyinin icazəsi ilə açılan ikimərtəbəli muzeyin bir hissəsi ziyarətçilərin zövqlü vaxt keçirməsi üçün kafe kimi fəaliyyət göstərir və o kafe də pişik şəkilləri ilə bəzədilib. Pişikləri görmək istəyən müştərilər kafedən pişik yeməkləri alıb yuxarı, ikinci mərtəbəyə çıxır və orda pişikləri görə bilirlər. Nümunəsi olmayan muzey insanlarla pişiklər arasında çox gözəl bir əlaqə yaradır.

İranlı şair Ubeyd Zakaninin “Siçan və pişik” hekayəsinin illustrativ rəsmləri də pişik rəsmləri kimi muzeyə maraqlı bir rəng qatır. Muzeyin idarəçisi Hüseyn Hamledari muzeyi açmaq fikrinin hardan gəldiyi haqda bunları söyləyib: “Buranı açmaqda məqsədim bir mədəniyyət formalaşdırmaqdır. Yüz illərdir pişiklərlə bir yerdə yaşayırıq, ancaq onları lazımı şəkildə tanımırıq. Pişikləri daha yaxından tanımaq üçün belə bir yer açmağı düşündük”. Hüseyn Hamledari eyni zamanda pişiklərə fobiyası olanların da muzeyə gəldiyini və beləcə yavaş-yavaş fobiyanı sıradan çıxardıqlarını, özlərinə heyvan sevgisi aşıladıqlarını da əlavə etdi.

Muzeydən fotoları təqdim edirik:

Onlarca kediye ev sahipliği yapan sıra dışı 'Kedi Müzesi' - 1

Onlarca kediye ev sahipliği yapan sıra dışı 'Kedi Müzesi' - 2

Onlarca kediye ev sahipliği yapan sıra dışı 'Kedi Müzesi' - 4

Onlarca kediye ev sahipliği yapan sıra dışı 'Kedi Müzesi' - 5

Onlarca kediye ev sahipliği yapan sıra dışı 'Kedi Müzesi' - 6

Onlarca kediye ev sahipliği yapan sıra dışı 'Kedi Müzesi' - 9

Onlarca kediye ev sahipliği yapan sıra dışı 'Kedi Müzesi' - 10

Onlarca kediye ev sahipliği yapan sıra dışı 'Kedi Müzesi' - 11

Onlarca kediye ev sahipliği yapan sıra dışı 'Kedi Müzesi' - 13

Onlarca kediye ev sahipliği yapan sıra dışı 'Kedi Müzesi' - 14

Onlarca kediye ev sahipliği yapan sıra dışı 'Kedi Müzesi' - 16

Onlarca kediye ev sahipliği yapan sıra dışı 'Kedi Müzesi' - 20

# 4686 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər