İranda məşhur aktyora ağır cəza - 99 qamçı vurulacaq

Peyman Cəmşidi, aktyor

Peyman Cəmşidi, aktyor

29 iyul 2026
# 12:00

İranda tanınmış aktyor Peyman Cəmşidi nikahdankənar əlaqəyə görə 99 qamçı cəzasına məhkum edilib.

Kulis.az xəbər verir ki, bu barədə "Tages Anzeiger" nəşri məlumat yayıb.

48 yaşlı Cəmşidi zorlama ittihamı üzrə bəraət alsa da, "qanunsuz münasibətlər"ə görə qamçılanacaq. Hökm İranın Ali Məhkəməsinə şikayət edilə bilər. Hələlik məhkəmə orqanlarından heç bir şərh verilməyib.

2025-ci ilin oktyabrında gənc aktrisa kino ulduzundan anonim şəkildə şikayət edib. Qızın müraciətindən sonra aktyor qısa müddətə həbs olunsa da, girov müqabilində sərbəst buraxıldıqdan sonra ölkəni tərk edib. O, irəli sürülən ittihamları rədd edirdi.

Bu hadisə İran kino sənayesində zorakılıqla bağlı ümummilli müzakirələrə səbəb olub, bundan sonra iddiaçı ictimaiyyət qarşısında çıxış edib, Cəmşidi isə İrana qayıdıb.

Qeyd edək ki, İranda nikahdankənar əlaqələr qanunla qadağandır. Ekstremal hallarda zorlama cinayəti törədənlər ən ağır cəzaya (ölüm hökmünə) məhkum edilə bilərlər.

Peyman Cəmşidi kimdir?

Peyman Cəmşidi 10 sentyabr 1977-ci ildə Tehranda anadan olmuş iranlı aktyor və keçmiş peşəkar futbolçudur. O, futbol karyerası ərzində İranın məşhur "Persepolis" klubunda, eləcə də İran milli yığmasında çıxış edib. Futbolla vidalaşdıqdan sonra kino və televiziya sahəsinə keçid edən Cəmşidi qısa müddətdə böyük uğur qazanıb. Öz həyatından bəhs edən "Peyman" serialındakı rolu, həmçinin "Texas", "Dinamit" və "Yaxşı, pis, kobud" kimi filmlərlə ölkə kinosunun ən populyar və kassa gəliri gətirən aktyorlarından birinə çevrilib.

# 438 dəfə oxunub

Oxşar xəbərlər

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
Tanınmış aktrisa həbs edildi - Fələstinə dəstək aksiyasında iştirakına görə

Tanınmış aktrisa həbs edildi - Fələstinə dəstək aksiyasında iştirakına görə

15:55 25 sentyabr 2026
Zəki Mürən vəfatının 30-cu ildönümündə yad edildi

Zəki Mürən vəfatının 30-cu ildönümündə yad edildi

15:30 25 sentyabr 2026
Uilyam Folkner: "Yaxsı sənətkar tamamilə mərhəmətsiz olmalıdır..."

Uilyam Folkner: "Yaxsı sənətkar tamamilə mərhəmətsiz olmalıdır..."

14:30 25 sentyabr 2026
Tanınmış memarın sirli ölümü – Həyat yoldaşı həbs edildi

Tanınmış memarın sirli ölümü – Həyat yoldaşı həbs edildi

14:00 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər