İntiqam Yaşarın müsabiqədə birinci yeri tutan şeiri

İntiqam Yaşarın müsabiqədə birinci yeri tutan şeiri
28 dekabr 2023
# 18:43

Moskvada fəaliyyət göstərən Azərbaycan Mədəniyyətinin İnkişafı Fondu və Yenises.ru informasiya portalının birgə layihəsi çərçivəsində, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə ”VƏTƏN” şeir müsabiqəsi keçirilib. İntiqam Yaşarın "Vətən yazısı" şeiri müsabiqəyə göndərilmiş 200 şeirin içindən birinci yerə layiq görülüb.

Kulis.az sözügedən şeiri təqdim edir.

Soyuq qış... boz divarda al rəng "Vətən" yazısı...
Yerdə göyü yandıran bir neçə paslı giliz...
Buz ölüm ağuşundan keçən evlər, küçələr...
Tarix adlı tabloya barıt qoxusu düşüb.
Nigaran bir ananın qorxunc yuxusu düşüb...

Bu sükutdan keçməyə "ürək addımı" lazım,
Güllə izi divarda tutulası yer deyil.
Yıxılmaqdan qorxmağı öyrənərlər uşaqlar,
Bu yıxılmaq qorxusu uşaqlıqla bir deyil.
Ölüm havası əsib buralarda, sirr deyil.

Burada yıxılanı kimsə qaldıra bilmir,
Burada atalar da, analar da yıxılır.
Təkcə Tanrı ayaqda, əlin çatsa qaldırar,
Ağ buluddan uzaqda... əli çatsa qaldırar.
Burda üzgün ümidlər ovuclarda sıxılır.

Keçmişin havasında üşüyən bir uşağın,
Donub ayaq izində qan ləkəli vahimə.
Ayrılığa yıxılıb ağacların yarpağı,
Ölüm qoxan torpaqda o acıyla kim kimə...

...Durduğum yerə sarı addımlayar bir nəfər,
Əlində paslı giliz, bir də çiçək dəstəsi.
Yaxınlaşar, divara çiçək qoyub dikələr,
"Vətən" deyər... dedikcə divara hopar səsi...

# 4360 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər