İnsanın xatırlamadığı şey onun üçün mövcud deyil... - Məşhur amerikalı yazıçıdan sitatlar

İnsanın xatırlamadığı şey onun üçün mövcud deyil... - Məşhur amerikalı yazıçıdan sitatlar
25 may 2026
# 14:00

Bu gün amerikalı yazıçı Robert Ludlumun doğum günüdür.

Kulis.az onun əsərlərindən sitatları təqdim edir.

Ümid qorxudan güclü olan yeganə şeydir. Azacıq ümid effektivdir. Çoxlu ümid isə təhlükəlidir. Nəzarət altında saxlanıldığı müddətcə kiçik bir qığılcım tamamilə kifayətdir.

Artıq tək başınasan. Amma çarəsiz deyilsən. Öz yolunu tapacaqsan.

Təşviş və qorxu içində yaşayan birinə edə biləcəyiniz ən böyük qəddarlıq, ona sonradan yalan çıxacaq bir ümid verməkdir. O ümid puç olduqda, yaranan dağıntıya dözmək qeyri-mümkündür.

Credo quia absurdum – İnanıram, çünki bu absurddur.

Həyatda tək bir fəlsəfənin təsəvvür edə biləcəyindən çox daha ağlasığmaz, qəribə hadisələr və eniş-yoxuşlar var idi.

Yuxu bir silahdır!

İnsanın xatırlamadığı şey onun üçün mövcud deyil.

Dünyada ən asan şey insanın özünün haqlı olduğuna özünü inandırmasıdır. İnsan yaşlandıqca bu, daha da asanlaşır.

Hər hansı bir tələnin uğuru onun təməlindəki sadəlikdə gizlənir.

Nifrət və sevgi mahiyyətcə eynidir; çünki sevən insan da nifrət edən insan qədər asanlıqla idarə oluna (manipulyasiya edilə) bilir.

Həmişə öyrən, lakin heç vaxt öyrənirmiş kimi görünmə.
Sərvət insanın ondan zövq almaq üçün sahib olduğu vaxtın miqdarı ilə nisbidir.
Həqiqət nə sevindiricidir, nə də kədərli; nə yaxşıdır, nə də pis. O, sadəcə həqiqətdir.
Cənablar, qoyun sizə deyim, şeytanın oyunları təkcə cəhənnəmə məhkum olanlarla məhdudlaşmır. Başqaları da bu oyunları oynaya bilər.
Sən ziddiyyətlər yığımına bənzəyirsən; dərində, demək olar ki, həmişə nəzarət altında saxlanılan, lakin tamamilə diri olan bir zorakılıq (təcavüzkarlıq) var.
İnsanın zəiflikləri onun imanına kölgə sala bilər, lakin onu azaltmır.

# 964 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər