“İnsan dənizi” romanı yenidən nəşr olundu

“İnsan dənizi”  romanı yenidən nəşr olundu
25 dekabr 2025
# 12:14

Bu günlərdə yazıçı Vaqif Sultanlının “İnsan dənizi” romanı yenidən nəşr olunub.

Kulis.az xəbər verir ki, süjet xəttində yer alan hadisə və əhvalatların iyirminci yüzilin səksəninci illərində cərəyan etdiyi əsərdə ölüm cəzasından qaçıb ucqar bir şəhərə sığınaraq gizli həyat sürən baş qəhrəmanın taleyi fonunda imperiya ideologiyasının cəmiyyətin mənəviyyatına yoluxdurduğu sosial-əxlaqi problemlərin bədii çözümünə çalışılır.

Romanda real və şərti-meraforik üslubun sintezi müəllifə dönəmin qaranlıq, açıq söylənilməsi mümkün olmayan həqiqətlərini aşkarlamağa imkan verir. Xüsusilə, romanda çağdaş dünyada insanlığı mənəvi tənəzzülə sürükləyən özgələşmə probleminin fərqli tərzdə canlandırılması əsərin ideya-estetik çəkisini artırır.

İlk dəfə 1991-ci ildə “Gənclik” nəşriyyatında Azərbaycan oxucularına təqdim olunan “İnsan dənizi” romanı sonralar müxtəlif vaxtlarda yenidən nəşr edilib. Həmçinin roman müxtəlif dillərə çevrilərək İngiltərə, ABŞ, Türkiyə, Almaniya, Misir, İran və başqa ölkələrdə nəşr olunub, haqqında xeyli araşdırmalar aparılıb.

Romanı Bakının kitab dükanlarından əldə etmək olar.

# 1302 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər