İnqilabçı sevgi şeiri yazarmı? - Qismət Rüstəmov

İnqilabçı sevgi şeiri yazarmı? - Qismət Rüstəmov
5 aprel 2025
# 13:17

Kulis.az Qismət Rüstəmovun yeni yazısını təqdim edir.

Nazim Hikmətin sağlığında türk şeirinə təsiri demək olar ki, olmayıb. Bunu çağdaş Nazimşünaslıq deyir. Çünki kitabları Türkiyədə ölümündən sonra, 60-cı illərin ikinci yarısında çıxmağa başladı və yalnız ondan sonra oxundu, təhlil edildi. Üstəlik, Türkiyədə 60-lardakı siyasi mühit, fəhlə hərəkatları Nazimi istinad edilən şairə çevirdi. Ona qədər Nazimin uzaqdakı obrazının cazibəsi vardı. Hətta 60-cı illərdə Nazimin yaradıcılığını təzə kəşf edən sol cinahda heyrətdən doğan bir polemika da baş tutmuşdu: sən demə, Nazim sevgi şeirləri də yazıb! İnqilabçı sevgi şeiri yazarmı?!

Mənim müşahidəm belədir ki, Nazim Hikmət ən çox bizim şeirdən qidalanıb və bizim şeirə təsir edib, hayıf ki, bunu dərindən araşdırmayıblar, yaxud mənim xəbərim yoxdur. Məsələn, bu Nazimin 1928-ci ildə yazdığı "Bəhri-Xəzər" şeirindəndir:

"...Uçsuz bucaksız başı boş tuzlu bir sudur Hazer!"

Bu isə 60-cı illərdə Fikrət Qocanın "Xəzər" şeirindəndir:

"Xəzər suyu duzlu, adi dənizdir!"

Yaxud bu Nazimin məşhur sevgi şeirindəndir:

"Seviyorum seni ekmeği tuza banıp yer gibi
geceleyin ateşler içinde uyanarak
ağzımı dayayıp musluğa su içer gibi..."

Bu isə Əli Kərimin məşhur "İki sevgi" şeirindən:

"Mən səni sevirəm
Susuzluğun od vurub köz kimi yandırdığı
dodaq su sevən kimi".

Yeri gəlmişkən, Əli Kərim daha əvvəl yazıb. Yəni Nazimin daha çox mübadilədə, alış-verişdə olduğu şeir, məncə, bizim poeziyamız olub, bunun ziyanları və qazancları üçün yaxşı bir tədqiqata ehtiyac var.

# 2386 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər