“İncəsənətdə müəllim keyfiyyəti” - Dəyirmi masa

“İncəsənətdə müəllim keyfiyyəti” - Dəyirmi masa
6 may 2025
# 09:54

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Musiqi və incəsənət məktəblərində müəllim keyfiyyəti” mövzusunda dəyirmi masa keçirilib.

Kulis.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən tədbirdə nazir Adil Kərimli, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu, Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Bakı Musiqi Akademiyasının (BMA) rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru Ceyran Mahmudova, tanınmış mədəniyyət xadimləri, təhsil ekspertləri, media qurumlarının rəhbərləri və digər şəxslər iştirak ediblər.

Adil Kərimli Mədəniyyət Nazirliyi sistemindəki musiqi və incəsənət məktəblərində çalışan təhsilverənlərin peşəkar bilik, bacarıq və səriştələrinin qiymətləndirilməsi məqsədilə əmək qanunvericiliyinin tələbləri əsas götürülməklə attestasiyanın keçirildiyini diqqətə çatdırıb.

Sonra mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov slayd vasitəsilə müəllimlərin attestasiyasının nəticələri barədə ətraflı məlumat verib.

Qeyd edək ki, dəyirmi masada incəsənət təhsilinin mövcud vəziyyəti, bu sahədə həyata keçirilən işlərlə bağlı çıxışlar dinlənilib, təkliflər səsləndirilib.

# 1852 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər