"İncəsənət təsəllimi tapdığım yerdir" - Fəxrəddin Manafov

"İncəsənət təsəllimi tapdığım yerdir" - Fəxrəddin Manafov
5 fevral 2025
# 09:21

“Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) təsis etdiyi “Beynəlxalq teatr” mükafatının “Türk dünyasının ən yaxşı teatr aktyoru” nominasiyası üzrə mənim seçilməyimlə bağlı bir neçə gün əvvəl xəbəri aldım. Düzünü desəm, bu, mənim üçün gözlənilməz oldu. Çünki artıq tam başqa bir ovqatla yaşadığım yaşdayam. Lakin çox sevindim”.

Kulis.az xəbər verir ki, bu sözləri "AzərTac"a müsahibəsində Xalq artisti Fəxrəddin Manafov deyib. O, hər bir yaradıcı insan üçün istər hansısa mükafat və ya adi bir sözün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb:

“İnsan dünya qurulduğu andan yaşayır və Ulu Tanrı bizə saysız seçimlər verir. Hər bir insan isə bəlkə də özünün şüuraltında olan istiqaməti seçir. Mən də bu istiqaməti seçdim. Nədənsə, bilmirəm, bir səhər gözümü açdım və gördüm ki, bu sənət məni öz arxasınca apardı və ağuşuna aldı. Sənətim yeganə yerdir ki, harada mən öz narahatlığımı, sevgimi, nifrətimi, ağrımı, düşüncələrimi, ümumiyyətlə insana xas bütün hisslərimi tapa bilirəm. İncəsənət təsəllimi tapdığım, özümü dünyanın bir parçası hiss etdiyim yerdir”.

Fəxrəddin Manafov hansı sənəti seçməsindən asılı olmayaraq insanın yaratdığını və bunun bizi yaşatdığına inandığını deyib.

# 1919 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər