“İmadəddin Nəsimi. Mən bu cahana sığmazam" kitabının təqdimatı keçirildi

“İmadəddin Nəsimi. Mən bu cahana sığmazam"  kitabının təqdimatı keçirildi
18 mart 2026
# 13:50

Heydər Əliyev Fondunun dəstəyi ilə üç dildə hazırlanan “İmadəddin Nəsimi. Mən bu cahana sığmazam” kitabının martın 17-də Bakı Kitab Mərkəzində təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, layihənin rəhbəri Maya Dzirkvelişvilidir.

Kitab layihənin həmmüəllifi Taleh Ziyadovun təşəbbüsü ilə hazırlanıb. Nəşrin sponsorları Gürcüstanın "Wondernet Express Investment Group" şirkəti və Dimitri Abduşelişvilidir.

Üç dildə - Azərbaycan, ingilis və rus dillərində hazırlanan kitabın xüsusi bölməsində 47 il ömür sürmüş dahi şairin 47 seçilmiş əsərinə yer verilib. Bununla yanaşı, Nəsiminin həyat və şəxsiyyəti ilə bağlı aşkar edilmiş yeni faktlara, Nəsiminin türkdilli poetikası, o cümlədən Azərbaycan dilində poeziyanın inkişafına verdiyi töhfə, Nəsiminin təfəkkür düşüncələri və fəlsəfi baxışları, şairin istifadə etdiyi məxfi dil ("quş dili"), hürufilik cərəyanı, eləcə də Şirvanşahlar dövlətində elm və mədəniyyətin inkişafına dair məqalələr öz əksini tapıb.

Kitabda, həmçinin Nəsiminin yaradıcılığında ən çox rast gəlinən xüsusi termin və isimlər də göstərilib.

# 1199 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər