İlyas Yalçıntaş həbs edildi

İlyas Yalçıntaş həbs edildi
17 iyul 2026
# 10:32

Türkiyəli müğənni İlyas Yalçıntaş narkotik vasitələrlə bağlı aparılan istintaq çərçivəsində həbs edilib.

Kulis.az xəbər verir ki, Bakırköy Cümhuriyyət Baş Prokurorluğunun tanınmış simalarla bağlı başladığı istintaq çərçivəsində ümumilikdə 25 nəfər saxlanılıb.

İstanbul Jandarma Komandanlığının həyata keçirdiyi əməliyyat zamanı saxlanılan şəxslər arasında Sıla Gençoğlu, İlyas Yalçıntaş, Ayşe Nur Balcı, Şefik Ömer Dolman, Öner Faruk Işık və digər tanınmış şəxslər də yer alıb.

İstintaq çərçivəsində bəzi şübhəlilərdən qan və saç nümunələri götürülərək ekspertizaya göndərilib. Daha sonra onlar ifadə vermək üçün prokurorluğa aparılıblar.

Məhkəmənin qərarı ilə İlyas Yalçıntaş, Ayşe Nur Balcı, Orhan Yıldız və Şefik Ömer Dolman barəsində həbs qətimkan tədbiri seçilərək cəzaevinə göndəriliblər. Öner Faruk Işık isə məhkəmənin qərarı ilə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Qeyd edək ki, istintaq narkotik və psixotrop maddələrin istifadəsi, istifadənin təşviqi və bu məqsədlə yer təmin edilməsi iddiaları ilə bağlı aparılır. Digər saxlanılan şəxslərlə bağlı məhkəmə prosesinin davam etdiyi bildirilir.

# 597 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər