İlqarda, sədaqətdə, məhəbbətdədir Allah - Günün şeiri

İlqarda, sədaqətdə, məhəbbətdədir Allah - Günün şeiri
16 avqust 2023
# 10:18

Bu gün Bəxtiyar Vahabzadənin anadan olmasının 98-ci ildönümü tamam olub.

Müasir Azərbaycan ədəbiyyatının ən parlaq simalarından olan Bəxtiyar Vahabzadə öz yaradıcılığı ilə bədii fikrimizin zənginləşməsində mühüm rol oynayıb. Böyük söz ustası xalqımızın yüz illər boyu təşəkkül tapmış yüksək milli-mənəvi dəyərlərinin qorunması, adət-ənənələrimizin yaşadılması naminə altmış ildən artıq bir müddət ərzində yorulmadan yazıb, yaradıb. O azərbaycançılıq məfkurəsinə dərindən bağlı olan və özünüdərkə çağıran çoxsaylı əsərləri ilə ədəbiyyatımızın inkişafına töhfələr verib. Azərbaycan xalqının tarixinin qədim dövrlərdən bəri müxtəlif mərhələlərində baş vermiş taleyüklü hadisələr, böyük şəxsiyyətlərin parlaq simaları ustad sənətkarın diqqət mərkəzində olub.

Kulis.az "Günün şeiri" layihəsi çərçivəsində şairin “Allah” şeirini təqdim edir.

İdraka yol açmış gecədən gündüzə ALLAH!
Güldürməsən öz könlünü gülməz üzə ALLAH!
Dünyaya şəfəqlər kimi tanrım səpələnmiş.
Qəlbin gözü yanmazsa görünməz gözə ALLAH!

ALLAH bilirk cismi deyil, bəs nədir ALLAH?
Ən yüksək haqda olan həqiqətdir ALLAH!
Dondunsa təkamülcə gözəllik qabağında.
Dərk et, bu təəccübdə, bu heyrətdədir ALLAH.

Bildik, bilirik gizlidir insandakı qüdrət.
Hər kəs onu fəhm etməsə acizdir o əlbət.
İnsanın əzəl borcudur insanlığa hörmət.
İnsanlığa hörmətdə, ləyaqətdədir ALLAH!

Fitrətdə yatır sözdə sözün öz yükü fikrim.
Seçmiş, seçəcək daima tükdən tükü fikrim.
Mən bir ağacam yarpağı sözlər, kökü fikrim.
Sözlərdə deyil, sözlərdəki hikmətdədir ALLAH!

İnsan! - Təpədən dırnağa sən arzu- diləksən.
Nəfsində doyumsuz, fəqət eşqində mələksən.
Zülmün üzünə haqq deyilən şilləni çəksən.
Şilləndə möhürlənmiş o qeyrətdədir ALLAH!

Cahil enər alçaqlığa öz qəddini yenməz.
Vicdandan əgər dönsə də, öz xeyrindən o dönməz.
Zülmətdə, cəhalətdə, ədavətdə görünməz.
İlqarda, sədaqətdə, məhəbbətdədir ALLAH!

# 3893 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər