İlk qadın gəmi kapitanı haqqında bədii film çəkilir

İlk qadın gəmi kapitanı haqqında bədii film çəkilir
24 iyul 2025
# 12:56

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin təşəbbüsü və sifarişi ilə Azərbaycanın ilk qadın gəmi kapitanı, İkinci Dünya müharibəsi iştirakçısı Şövkət Səlimovanın həyat və fəaliyyətinə həsr olunmuş "Şövkət" adlı bədii filmin çəkilişlərinə başlanılıb.

Kulis.az xəbər verir ki, ekran əsərinin əsas məqsədi dənizçilik tariximizdə iz qoymuş xanım kapitanın həyat yolunu və qəhrəmanlığını bədii dillə tamaşaçılara təqdim etməkdir.

Həmçinin, İkinci Dünya müharibəsi illərində Azərbaycanın və milli gəmiçiliyin cəbhəyə verdiyi töhfələri, qadınların gəmiçilik sahəsindəki rolunu və ümumilikdə lider qadın obrazını ön plana çıxarmaq da əsas mövzularda biridir.

Ekran işində 22 yaşlı Şövkət Səlimova obrazını gənc aktrisa Nəzrin Abdullayeva canlandırır.

Qeyd edək ki, filmin ideya müəllifi ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin rəisi Mehman Mehdiyev, ssenari müəllifləri Asif Rüstəmov və Suraxanı Gəmi-Muzeyinin direktoru Tural İbrahimovdur.

Ekran işinin quruluşçu rejissoru Asif Rüstəmov, təsvir rejissoru Rauf Qurbanəliyev, baş prodüseri Tural İbrahimov, icraçı prodüseri isə Səbinə Həsənovadır.

Çəkilişlər ASCO-nun donanmasına məxsus gəmilərdə və digər real məkanlarda aparılır.

# 2150 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər