İlin son “Ulduz”u işıq üzü gördü

İlin son “Ulduz”u  işıq üzü gördü
3 dekabr 2025
# 12:00

“Ulduz” jurnalının noyabr-dekabr sayı dərc olunub.

Kulis.az xəbər verir ki, ilin son “Ulduz”unda Məhsəti Musanın “Özüylə söhbəti və reportajı” yer alıb.

Jurnalın “Şeir vaxtı” rubrikasında Elşən Mehdi, Vasif Zöhraboğlu, Təranə Dəmir, Pərviz Arif, Elvin Paşa və Süleyman Abdullanın şeirləri verilib.

“Nəsr” rubrikasında Orxan İsmayılovun “Keçib gedənlər”, Xatirə Salahzadənin “Qırmızı saat”, Səma Muğannanın “Kabusların bulud parçası” hekayələri dərc olunub.

Bu nömrədə Qulu Ağsəsin ““Altı və sıfır”dan sonra extra time” essesi oxuculara təqdim olunub.

Şahanə Müşfiq “Zəfər yolları” kitabının müəllifi Zemfira Məhərrəmlinin yaradıcılıq dünyasından söz açıb.

“Tərcümə saatı”nda Marina Svetayevanın şeirləri və Məmməd Məmmədlinin ispan dilindən tərcüməsində “Heminqueyə görə həyat” yazısı verilib.

“Tribuna” rubrikasında Cəlil Nağıyevin “Bir Bosniya Sevdalinkası: “Həsən Ağanın xanımı”, Şəbnəm Məmmədovanın “Ömrünü elmə və nəzəri tənqidə həsr etmiş atam”, Babək Abbaszadənin “Məsud Pənahi yaradıcılığı və Azərbaycan animasiyasının intibahı” yazıları yer alıb.

Elxan Zalın “Sevgilər fontanı”, Narıngül Nadirin, Cavid Fərzəlinin, Elçin Səlimlinin şeirləri, Mina Rəşidin hekayələri, Nəvai Mətnin “Dünya bir ev kimidir” yazısı da bu sayda işıq üzü görüb.

“Dərgidə kitab” rubrikasında İmir Məmmədlinin “Sazlı-sözlü Sibir: Simusid” əsəri, “Dərgidə sərgi”də isə rəssam Anar Zahirovun “Ulduz”a həsr etdiyi dostluq şarjları təqdim olunub.

# 1745 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər