“İlin hekayəsi” müsabiqəsində qaliblər bəlli oldu

“İlin hekayəsi” yarışmasının qalibləri

“İlin hekayəsi” yarışmasının qalibləri

29 dekabr 2021
# 17:20

“İlin hekayəsi” yarışmasının qaliblərinin mükafatlandırma mərasimi keçirildi.

Tədbiri giriş sözü ilə Kulis.az-ın Baş redaktoru Ulucay Akif açdı, münsiflər heyətinin üzvlərini, iştirakçıları, qonaqları salamladı, müsabiqə haqqında ümumi məlumat verdi.

Sonra "APA Group"un rəhbəri Vüsalə Mahirqızı çıxış edərək, müsabiqə haqqında təəssüratlarını bölüşdü.

Ədəbiyyat qəzetinin Baş redaktoru Azər Turan söz aldı. O da müsabiqənin vacibliyini xüsusi vurğulayaraq yarışma haqqında fikirlərini bildirdi.

Şair Baba Vəziroğlu çıxış edərək müsabiqə iştirakçılarına və təşkilatçılara təşəkkürünü çatdırdı.

Münsiflər heyətinin üzvü və tənqidçi-ədəbiyyatşünas Elnarə Akimova hekayələr haqqında öz fikirlərini bölüşərək, yarışmanın ədəbiyyat adına ciddi hadisə olduğu vurğuladı.

Münsiflər heyətinin digər üzvü, yazıçı Fəxri Uğurlu çıxış edərək müsabiqə haqqında öz fikirlərini qonaqlarla bölüşdü.

Daha sonra münsiflər heyətinin növbəti üzvü tənqidçi Əsəd Cahangirə söz verildi. O da müsabiqənin müasir Azərbaycan nəsrinə faydalarından söhbət açdı.

Çıxışlardan sonra mükafatlandırma mərasimi başladı.

Üçüncü yerin qalibi – Bircəyə mükafatı müsabiqənin münsifi, tənqidçi Əsəd Cahangir, ikinci yerin qalibi Sənan İsmayılova münsif və yazıçı Fəxri Uğurlu təqdim etdi.

Birinci yerin qalibi Fəridəyə mükafatını münsif və tənqidçi, ədəbiyyatşünas Elnarə Akimova təqdim etdi.

Sonda qaliblərlə xatirə şəkli çəkildi.

Xatırladaq ki, müsabiqə noyabrın 15-dən elan olunmuşdu, əsər qəbulu dekabrın 10-dək davam etdi. Müsabiqədə 209 iştirakçının hekayələri Kulis.azda yayımlandı.

Hekayələr anonim şəkildə münsiflərə təqdim olunaraq qiymətləndirilib. Fəxri Uğurlu, Əsəd Cahangir, Elnarə Akimova, Maral Yaqubovadan ibarət münsiflər heyəti əvvəlcə 20-liyi, daha sonra 20-lik əsasında 10-luğu müəyyən etdilər.

Eyni zamanda Kulisin xüsusi mükafatına görə, onlayn səsvermə keçirildi, ən çox səs toplayan Nihat Pirin hekayəsi qalib seçildi.

Mükafat fondu aşağıdakı kimidir:

Birinci yer – 1000 manat

İkinci yer – 800 manat

Üçüncü yer – 500 manat

Fotolar: Sabir Məmmədov


# 6705 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər