İlham Qəhrəmanın yeni kitabları çap olundu

İlham Qəhrəmanın yeni kitabları çap olundu
7 aprel 2025
# 13:00


Tanınmış şair İlham Qəhrəmanın yeni kitabları çap olunub.

Kulis.az xəbər verir ki, "Laçın folkloru" və "Qəmin eşqı" kitabları “Ol” nəşriyyatında çap olunub.


Şairin qaçqın-köçkün laçınlılardan toplayıb tərtib etdiyi “Laçın folkloru” kitabının ikinci nəşri AMEA Elmi şurasının qərarı ilə baş tutub. 2009-cu ildə çap edilən kitabdan fərqli olaraq bu nəşrə yeni əlavələr edilib. Əlavələr həm yeni folklor janrları, həm də əvvəlki janrlara yeni mətnlərin daxil edilməsi şəklində olub.

Oxucu birinci kitabda gedən folklor nümunələriylə bərabər “Xıdır Nəbi Bayramı haqqında”, “Üzərlik haqqında deyimlər”, “Axırıncı Çərşənbə haqqında”, “İlin aylarının milli adları”, “Həftənin günlərinin milli adları”, “Laçında işlənən dialekt və şivə sözlər” və s. yeni bölmələrlə tanış ola biləcəklər.

“Laçın folkloru” kitabında vaxtilə mərhum Kamil Vəlinin redaktor kimi yazdığı “Ay Laçın...” yazısı və tərtibçinin “Yük” adlı ön sözü təkrar yer alıb. “Laçın folkloru” İ.Qəhrəmanın folklor sahəsində toplayıb tərtib etdiyi 7-ci kitabdır.

Kitabın rəyçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Abbasovdur. Korrektoru Nigar İlhamqızı (filoloq) olan ikinci nəşrin mətn dizaynı Rahilə Şamilqızına, qapaq dizaynı isə Rafael Qasıma məxsusdur. Regional folklor seriyasından olan “Laçın folkloru” kitabı xalq dilimizin bədii-estetik gözəlliyini və məna zənginliyini özündə əks etdirməklə folklor araşdırmaçıları, filoloqlar, tələbələr və geniş oxucu kütləsinə ünvanlanıb.

“Qəmin eşqi” şeirlər kitabı isə şairin poeziya sahəsində oxucularla 12-ci görüşüdür. Bundan əvvəl onun “Gülüm yarpıza döndü”, “Ağlama ququşu”, “Ey dil”, “Sevgi durna çırağıdır”, "Ağlama, qələm eşidir", “Şairin vətəni sevgidir”, “Bir adamlıq şəhər”, “Dəyirmanın su dərdi” (Bakı), “Əsir dağlar” (Tehran), “Məni bizə gətir” (Təbriz ), “Ulduzlu gecə” (Tbilisi) şeir kitabları işıq üzü görüb.

Ədəbiyyatşünas Məti Osmanoğlunun “Orada, yurd yerində...” adlı ön sözüylə açılan kitabda İlham Qəhrəmanın son illər qələmə aldığı poetik nümunələr toplanıb. Şair əvvəl olduğu kimi bu kitabında da şeirləri məzmununa görə bölmələrə ayırmışdır: “Səndən dolayı”, “Mənim dərdim ayrı dərddir”, “Təcnis və cinaslar”, “Dülgər taxta yonur, mən söz yonuram”, “İnsan mənzərələri”, “Bəy budaqlar” və “Gözün aydın olsun, Laçın”.

Bədii tapıntılar, özünəməxsus obrazlar, orjinal ifadə tərzi bu kitabdakı şeirləri səciyyələndirən başlıca cəhətlərdir. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

# 2679 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər