İlham Mirzəyev: "Dedi ki, oğlum məndən əvvəl ölsün"

İlham Mirzəyev:  "Dedi ki, oğlum məndən əvvəl ölsün"
22 iyun 2023
# 17:11

“Ofeliya xanımdan müsahibə götürürdüm. Soruşdum ki, ən böyük arzunuz nədir. Dedi, heç bir ana istəməz ki, balası ölsün. Mən istəyirəm, oğlum məndən tez dünyasını dəyişsin”.

Kulis.az xəbər verir ki, bu sözləri aparıcı-psixoloq İlham Mirzəyev “Gül kimi şou”da deyib.

O, uzun illər öncə mərhum Xalq artisti Siyavuş Aslanın xanımı, Əməkdar artist Ofeliya Aslanın ona oğlu Çingizlə bağlı dediklərindən danışıb:

“Çünki o, rəhmətə gedəndə morqda qalacaq, dəfn edən olmayacaq. Siyavuş Aslanın oğlu dünyasını dəyişəndə mən Türkiyədə idim. Ofeliya xanımın sözləri yadıma düşdü. Onun arxiv videosu məndə var”.

Qeyd edək ki, Çingiz Aslanovun aprelin 29-də vəfat etdiyi, meyitinin 7 gündən artıq morqda qaldığı açıqlanıb.
Çingiz Aslanov aprelin 27-də Nəsimi rayonu ərazisindən çağırış əsasında TƏBİB-in tabeliyindəki Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən küçədən təxliyə olunub və Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Aparılan reanimasyon tədbirlərə baxmayaraq, 29.04.2023 tarixdə bioloji ölüm baş verib. Ona infeksion hepatit, qaraciyər sirrozu, assit diaqnozları qoyulub.

Mərhumun nəşi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu şöbəsinə təhvil verilib.
Mədəniyyət Nazirliyi Ç. Aslanovun dəfnini öz üzərinə götürüb.

sherg.az

# 3407 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər