İlahiyyatçıdan Çingiz Abdullayevə sərt cavab: "Qadın robotdur?"

Elşad Miri. İlahiyyatçı

Elşad Miri. İlahiyyatçı

24 dekabr 2021
# 20:22

Bir neçə gün əvvəl yazıçı Çingiz Abdullayevin Qurani-Kərimdə və hədislərdə kişiyə 4 dəfə evlənməyə, 400 qadın saxlamasına icazə verilməsi barədə səsləndirdiyi fikirlər ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.

Kulis.az xəbər verir ki, mövzu ilə bağlı tanınmış ilahiyyatçı Elşad Miri mətbuata açıqlama verib:

"Çingiz Abdullayev bundan əvvəl də cənnət və cəhənnəm məsələsini gündəmə gətirmişdi, cəhənnəmdə olmağı daha üstün tutuduğunu bildirmişdi. Qurandan danışarkən bir ayəni qəbul edib, digərini qəbul etməmək İslami bir yanaşma deyil. Çingiz müəllim o zaman, cənnət-cəhənnəm məsələsinə də eyni prizmadan yanaşmalıdır. Qurani-Kərimdə sadəcə olaraq, ikinci, üçüncü qadın evliliyi məsələsinin qadağan edilmədiyi qeyd edilir. Qurani-Kərim bir qadınla evliliyin məsləhətə uyğun olduğunu tövsiyyə edir. Həm də İslam dinində katoliklərdə olduğu kimi evlənəndən sonra boşanmaq qadağandır deyə bir prinsip yoxdur. Əsas odur ki, insanlar bir-biri ilə ünsiyyət qurarkən rahatlıq tapsınlar. Quran bunun məsuliyyətli olduğunu deyir. Yəni insan evlənərkən bunun məsuliyyətini dərk etməlidir”.

Elşad Mirinin sözlərinə görə, qadınlar da məsələni fərqli şəkildə gündəmə gətirə bilərlər:

"Mənim düşüncəmlə təkevlilik daha gözəldir, Qurani-Kərimin də məsləhət bildiyi budur. Quranın gəldiyi dövrdə insanlar limit sayı olmadan evlənirdi,müqəddəs kitabda da onlara dəstək olan bir yanaşma var. Yoxsa 4 qadını al, bir evdə saxla kimi yanaşma yoxdur. Mən bunun təbliğ olunmasının tamamilə əlehinəyəm. Eyni məsələni qadınlardan soruşsaq, qadınlar da həqiqətən kişilər kimi düşünəcəklərmi? Yaxud da qadınlar öz üzərlərinə ikinci bir qadının gətirilməsinə razı olarlarmı? Qadın robotdurmu, onun hissi, duyğusu yoxdurmu".

azxeber.com

# 4085 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər