III Kəlağayı Festivalı təşkil olundu

III Kəlağayı Festivalı  təşkil olundu
2 iyun 2026
# 17:13

"Şəhərsalma və Memarlıq İli" çərçivəsində təşkil olunan III Kəlağayı Festivalı Sumqayıt şəhərinin Heydər Əliyev parkında keçirilib.

Festival Sumqayıt Şəhər İcra Hakimiyyəti, “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi, “Kəlağayı ev muzeyi” və “İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyinin birgə təşkilatçılığı ilə reallaşıb.

Kulis.az xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı bildirib ki, artıq ənənəyə çevrilən Kəlağayı Festivalı milli-mənəvi dəyərlərimizin yaşadılması, təbliği və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. O, kəlağayının Azərbaycan qadınının mənəvi dünyasını, zərifliyini və milli kimliyini özündə əks etdirən nadir irs nümunəsi olduğunu vurğulayıb.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin humanitar məsələlər üzrə şöbə müdiri Fərman Kazımov çıxışında qeyd edib ki, kəlağayı Azərbaycan xalqının qədim tarixini, adət-ənənələrini və milli dəyərlərini yaşadan mənəvi sərvətlərimizdən biridir. O bildirib ki, bu sənət nümunəsinin qorunması və gələcək nəsillərə çatdırılması hər birimizin mənəvi borcudur. Fərman Kazımov, həmçinin kəlağayı sənətinin təbliğinin milli-mədəni irsimizin beynəlxalq səviyyədə tanıdılmasında mühüm rol oynadığını vurğulayıb.

Festivalda Azərbaycan Yazıçılar Birliyinin poeziya şöbəsinin müdiri İbrahim İlyaslı, “İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyinin sədri Vüsalə Qələndərli, Prezident təqaüdçüsü, Əmək qəhrəmanı Tərlan Musayeva, şairlər Cığatel İsaqızı, Lalə İsmayıl, Elmira Mahalqızı, Leyla Camal, eləcə də aşıqlar Anar Laçınlı, Rəvanə Lerikli və Avdı Musayev öz şeirləri, musiqi nömrələri və saz havaları ilə çıxış ediblər.

Şəhid anası Maisə Səbuhi çıxışında bildirib ki, belə tədbirlər milli ruhun, vətənpərvərlik hisslərinin və mədəni dəyərlərin yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır. O qeyd edib ki, kəlağayı Azərbaycan qadınının səbrini, ləyaqətini və mənəvi gücünü simvolizə edən müqəddəs bir dəyərdir.

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə təsadüf edən festivalda uşaqlar xüsusi diqqət mərkəzində olublar. Tədbir çərçivəsində onlara kitablar hədiyyə edilib, mütaliəyə marağın artırılması və milli-mənəvi dəyərlərə bağlı ruhda yetişmələri istiqamətində xoş arzular ifadə olunub.

Festival çərçivəsində kəlağayı sənətini əks etdirən nümunələr nümayiş olunub, qədim el sənətimizin zəngin ənənələrini yaşadan eksponatlar iştirakçıların böyük marağına səbəb olub.

“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən və artıq ənənəyə çevrilən Kəlağayı Festivalı Azərbaycan xalqının zəngin mədəni irsinin ayrılmaz hissəsi olan kəlağayı sənətinin qorunmasına, təbliğinə və gələcək nəsillərə ötürülməsinə xidmət edir. Festival bir daha göstərdi ki, milli dəyərlərimizin yaşadılması və gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirilən bu cür layihələr böyük ictimai əhəmiyyət daşıyır.

# 845 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər