“iFest” İnnovasiya və Texnologiya Festivalının mətbuat konfransı baş tutdu

“iFest” İnnovasiya və Texnologiya Festivalının mətbuat konfransı baş tutdu
6 iyul 2024
# 10:33

23 iyul tarixində ölkəmizdə baş tutacaq “iFest” İnnovasiya və Texnologiya Festivalının mətbuat konfransı baş tutub.

Kulis.az xəbər verir ki, konfransda 23 iyul tarixində keçiriləcək layihə ilə bağlı media nümayəndələrinin sualları cavablandırılıb.

40-a yaxın media qurumunun iştirak etdiyi mətbuat konfransında açılış nitqini Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) PR və Media komitəsinin sədri Dilşad Musa edib. Daha sonra tədbirin ev sahibi Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) sədri Nigar Ələsgərovaya söz verilib. O öz çıxışında layihə haqqında ətraflı məlumat verib və bildirib ki, festival KOBSKA-nın təşkilatçılığı, Kapital Bankın baş sponsorluğu ilə keçiriləcək. Nigar xanım layihə çərçivəsində görüləcək işlərdən ətraflı bəhs edib, layihənin əsas məqsədinin texnologiya şirkətlərinin tanıtımını etmək, startapların inkişafına dəstək olmaq, onların maliyyə imkanlarına çıxışını təmin etmək və nümayişini həyata keçirmək olduğu bildirib. O qeyd edib ki, festival müddətində müxtəlif tədbirlər; startap təqdimatları (Pitching), investor görüşləri, “Startap Forumu”nun təqdimatı, texnologiya şirkətlərinin və startapların sərgisi, həmçinin texnoloji şou və konsert proqramları keçiriləcəkdir. Festivalda texnologiya sahəsində fəaliyyət göstərən şirkətlər, həmçinin MVP mərhələsinə çatmış startaplar iştirakçı olaraq öz stendləri ilə birgə təmsil olunacaqlar. Bununla yanaşı, yerli və xarici vençur fondları və mələk investorları da festivalda öz yerini alacaq. Foruma Rusiya, Qazaxıstan, Özbəkistan və Türkiyədən investorların və iştirakçılar cəlb olunacaqdır. Verilən məlumata əsasən ölkəmizin noyabr ayında COP29-a ev sahibliyi edəcəyini nəzərə alaraq, bu il iFest COP29-a həsr olunacaq, “Yaşıl texnologiya – yaşıl dünya naminə” şüarı ilə həyata keçiriləcəkdir. Mətbuat konfransının sonunda çıxışçılar media nümayəndələrini festivalın işqlandırılmasında fəal olmağa və birgə əməkdaşlığın daha sıx qurulmasına dəvət edib.

Xatırladaq ki, “iFest” İnnovasiya və Texnologiya Festivalı 23 iyul saat 09:00 tarixində Baku Marriott Boulevard Hotel-də keçiriləcək.

# 2022 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər