I "Uşaq Kitab Festivalı” keçiriləcək

I "Uşaq Kitab Festivalı” keçiriləcək
30 mart 2022
# 17:40

2-3 aprel tarixlərində Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin (ANAİB) təşkilatçılığı ilə I "Uşaq Kitab Festivalı” keçiriləcək.

Bu barədə Kulis.az-a ANAİB-dən məlumat verilib. Qeyd olunub ki, sərgidə müxtəlif nəşriyyatlar, kitab evləri, eləcə də fərdi şəxslər iştirak edə, uşaq kitablarını sata biləcəklər.

Həmçinin Təhsil Nazirliyinin təşkil etdiyi “Düşünən oxucu” müsabiqəsinin mükafatlandırma mərasimi də sərgi çərçivəsində baş tutacaq. Mərasimə təhsil naziri Emin Əmrullayevin də qatılması gözlənilir.

Türkiyədən dəvət olunmuş məşhur uşaq yazıçısı Suat Turqutun imza mərasimi də bu tarixlərdə baş tutacaq.

Bundan başqa, tədbirdə müxtəlif panellər, nağıl, tamaşa saatları təşkil olunacaq, tanınmış uşaq yazıçıları, eləcə də incəsənətin müxtəlif sahələrini təmsil edən mütəxəssislərlə görüş keçiriləcək, o cümlədən aktyor və yazıçı Bəhram Bağırzadə, yazıçılar Şəmil Sadiq, Zahid Xəlil, Vüqar Haqverdiyev, Həmid Piriyev, Elgüsel, Xülya Cəfərova, Reyhan Yusifqızı, Amin Sükut və başqalarının təqdimat və imza günləri olacaq.

“Passaj”da baş tutacaq kitab bayramı gün ərzində saat 10:00-dan 20:00-dək davam edəcək.

# 4387 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər