Holokost memorialına hücum edənlərin məhkəməsi başlayıb

Holokost memorialına hücum edənlərin məhkəməsi  başlayıb
29 oktyabr 2025
# 14:22

Bu gün Parisdə Holokost Muzeyi yaxınlığında divara qırmızı boya ilə əl izləri çəkməkdə şübhəli bilinərək həbs olunmuş üç Bolqarıstan vətəndaşının məhkəməsi başlayıb.

Kulis.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayııb.

Nəşrin yazdığına görə, ölkə rəsmiləri bildirib ki, bu hadisə Rusiya tərəfindən Fransada ictimai gərginliyi artırmaq və ölkəni sabitsizləşdirmək məqsədilə aparılan gizli və psixoloji əməliyyatların bir hissəsidir. Qeyd olunur ki, bu əməliyyatlar çərçivəsində son iki ildə məscidlərə donuz başları atılması, binalara Davud ulduzlarının çəkilməsi və Eyfel qülləsi yaxınlığında tabutların qoyulması kimi bir sıra simvolik hücumlar baş verib.

Analitiklər qeyd edir ki, Rusiya Fransanı həm əsas hədəf, həm də zəif tərəf hesab edir. Belə ki, ölkənin beynəlxalq çəkisi böyükdür, amma daxili gərginliklər manipulyasiya üçün əlverişli şərait yaradır.

Paris Geosiyasi Tədqiqat Mərkəzinin professoru Kevin Limonier bildirib ki, Rusiya Fransanı Ukraynaya dəstək verən nüvə gücü kimi görür və onu zəiflətmək üçün hibrid əməliyyatlar aparır.

Qeyd edək ki, bu gün Rusiya Prezidentini mətbuat katibi Dimitriy Peskov bildirib ki, Fransa Holokost qurbanları memorialına hücumun məhz Rusiya tərəfindən planlaşdırıldığını sübut etməlidir.

# 1295 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər