Hikmət Rəhimov: "Kino forumuna buna görə getmədim"

Hikmət Rəhimov:  "Kino forumuna buna görə getmədim"
26 aprel 2023
# 12:00

"Kino forumundan qeydiyyatdan keçdim, dəvət məktubu gəldi. Amma getmədim. Forumu vaxt itkisi saydım".

Kulis.az xəbər verir ki, bu sözləri aktyor Hikmət Rəhimov "Çıxışa doğru" verilişində deyib. Sənətçi daha öncələr də təşkil olunan buna bənzər kino və teatrla bağlı forumların nəticəsi olmadığını vurğulayıb:

"Hətta yadımdadır ki, Cənab Prezidentin 10 illik proqramı var idi: 2008-2018-ci illər. Orada da bir çox bəndlər yer alırdı. Təəssüf ki, 10 il ərzində buna əməl edilmədi. Bəli, həmin vaxt Mədəniyyət Nazirliyində başqa kollektiv var idi. İndi yeni mədəniyyət naziri təyin edilib. Ona böyük ümidim var. İkinci dəfə rejissor kimi çəkdiyim filmdə Adil Kərimovun (mədəniyyət naziri - red.) köməkliyi olub.

İndi kino ilə bağlı illik büdcənin 6 milyon yarım olması söhbət olunası mövzudur. Biz kinonu hara üçün çəkirik və hansı keyfiyyətdə çəkirik? Bu pulla dünya kinosuna çıxmaq mümkün deyil. Burada məbləğ danışılmalıdır. Layihə hazırlanmalı, yuxarı təqdim edilməlidir ki, bu büdcə ilə iş görmək mümkün deyil. Qərar verməliyik ki, filmi bura, yoxsa Avropa üçün çəkirik? Bu pulla dünyada müharibə filmi çəkilir? Yox, çəkilmir".

# 2721 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər