“Heydər Əliyev və Azərbaycan Ədliyyəsi” kitabının təqdimatı keçirildi

“Heydər Əliyev və Azərbaycan Ədliyyəsi”  kitabının təqdimatı keçirildi
13 may 2026
# 17:33

Hüquq və İnsan Haqları İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş tədbir keçirilib.

Kulis.az xəbər verir ki, məhkəmə sisteminin məsul şəxsləri, millət vəkilləri, Ombudsman, Vəkillər Kollegiyasının sədri, alimlər, YAP-ın, vətəndaş cəmiyyəti və geniş ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə “Heydər Əliyev və Azərbaycan Ədliyyəsi” adlı kitabın təqdimatı keçirilib.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, Əməkdar hüquqşünas, uzun illər Ədliyyə Naziri və Məhkəmə-Hüquq Şurasının sədri işləmiş Fikrət Məmmədovun müəllifi olduğu nəşr Heydər Əliyevin Azərbaycan hüquq sisteminin inkişafındakı tarixi roluna həsr olunub.

Eyni zamanda kitabda Dahi Öndərin siyasi kursunu uğurla davam və inkişaf etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan yüksək nailiyyətlər və parlaq qələbələr, o cümlədən ədliyyə və məhkəmə sisteminin daha da təkmilləşdirilməsi və müasirləşdirilməsi üzrə həyata keçirilən islahatlar, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun dahi liderin irsinin öyrənilməsi və təbliği ilə bağlı mühüm fəaliyyəti əksini tapıb.

Tədbiri giriş sözü ilə açan İnstitutun idarə heyətinin sədri Məhəmməd Quluzadə nəşrdə Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsi, xalqımız və dövlətmiz qarşısında misilsiz xidmətləri, həyata keçirdiyi hüquqi sahədə, xüsusilə ədliyyə sisteminin təkmilləşdirilməsi, yeni məhkəmə sisteminin formalaşdırılması ilə bağlı islahatların geniş yer aldığını bildirib.

# 1084 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər