Heydər Əliyev Mərkəzində caz konserti keçiriləcək

Heydər Əliyev Mərkəzində caz konserti  keçiriləcək
20 oktyabr 2025
# 17:05

Oktyabrın 31-də Heydər Əliyev Mərkəzində “Bakıya Uçuş. İncəsənət Həftəsonu: Gələcəyi İNDİ Duy” (Fly to Baku. Art Weekend. Sense the Future NOW) layihəsinin açılış tədbirlərinin ardından caz konserti təşkil olunacaq.

Kulis.az xəbər verir ki, konsertdə ABŞ-dan əfsanəvi Şeril “Pepsii” Rayli (Cheryl "Pepsii" Riley) ilə “Interplay” qrupunun ifasında “R&B” və caz improvizasiyalarının unikal sintezindən ibarət proqram təqdim ediləcək.

Şeril “Pepsii” Rayli (Cheryl "Pepsii" Riley) və “Interplay” qrupu paytaxtımızda 20-ci Bakı Caz Festivalı günləri çərçivəsində çıxış edir. Heydər Əliyev Mərkəzində təşkil ediləcək konsert 20-ci Bakı Caz Festivalının bağlanış tədbiri olacaq.

Bruklində doğulan Şeril karyerasına fiziki məhdudiyyətli uşaqlara qulluq edən tibb bacısı kimi başlayıb. O, “Thanks for My Child” adlı duyğulu ballada ilə beynəlxalq şöhrət qazanıb. Bu mahnı 1988-ci ildə "Billboard R&B" çartında birinci yerədək yüksəlib. O, güclü səsi və səmimi ifası ilə yanaşı, həm də aktrisa kimi tanınır.

Qeyd edək ki, “Interplay” əməkdaşlıq və yaradıcılıq ruhunu təcəssüm etdirən, caz və sərbəst improvizasiyaları sintez edən triodur.

# 1653 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər