"Həsən Kürü süni nəfəs aparatından ayırmışıq" - Açıqlama

"Həsən Kürü süni nəfəs aparatından ayırmışıq" - Açıqlama
5 mart 2025
# 17:18

Həsən Kürün vəziyyəti stabilləşib.

Həsən Zeynallının (Kür) vəziyyəti stabilləşib, artıq süni tənəffüs apartından da ayırmışıq.

Kulis.az xəbər verir ki, bu barədə APA-ya Sabunçu Tibb Mərkəzinin anestezioloqu və reanimatoloqu dr. Leyla Mərcan məlumat verib.


Əməliyyata ehtiyac yoxdur, lakin səhhəti izlənilir

“Ötən həftə xəstə kompüter tomoqrafiyasından (KT) keçirilib. KT-nin nəticəsindən belə qərara gəldik ki, əməliyyata ehtiyac yoxdur. Lakin səhhətini sıx təqib etmək lazımdır. Xəstənin başından qan sovrulmayıb. Ona görə də hələ ki, travmatoloqun müdaxiləsi mümkün deyil. Müalicəsi davam etdirilir”, - deyə həkim bildirib.


Hərəkət məhdudiyyəti yoxdur

Leyla Mərcan bildirib ki, Həsən Kürün heç bir hərəkəti məhdudlaşmayıb, əl-qol, ayaq refleksləri normaldır.


Həsən Kürün sağlamlıq vəziyyəti

Qeyd edək ki, fevralın 22-i gənc şair Həsən Kür intihara cəhd edib. Belə ki, o "Sevinc Mall" ticarət mərkəzinin 3-cü mərtəbəsindən özünü atıb. O həmin gün 19:10 radələrində müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Qapalı kəllə-beyin travması, sol bud sümüyünün qapalı sınığı, kəllə sümüyünün sınığı diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib. Fevralın 27-i Sabunçu Tibb Mərkəzinin anestezioloqu və reanimatoloqu dr. Leyla Mərcan tərəfindən APA-ya məlumat verilib ki, o, komadadır, süni tənəffüs aparatına qoşulub. Son məlumata görə, süni tənəffüs aparatından ayrılıb, səhhəti stabilləşib. Hazırda Cərrahi profilli reanimasiya şöbəsində müalicəsi davam etdirilir.

# 2723 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər