"Həqiqi ilahə yerişindən bəlli olur... " - Vergilidən sitatlar

"Həqiqi ilahə yerişindən bəlli olur... " - Vergilidən sitatlar
21 sentyabr 2026
# 10:30

Bu gün antik dövrün görkəmli şairi Vergilinin anım günüdür.

Kulis.az onun sitatlarını təqdim edir.


Əgər səmanı hərəkətə gətirə bilmirəmsə, cəhənnəmin altını üstünə çevirəcəyəm.

Bəxt cəsarətlinin tərəfindədir.

Tale cəsurların üzünə gülür.

Ölüm qulağımı çimdikləyib deyir: Yaşa... Mən gəlirəm.

Sevgi hər şeyə qalib gəlir, elə isə biz də sevgiyə tabe olaq.

Cəhənnəm qapıları gecə-gündüz taybatay açıqdır; eniş hamar, yol isə asandır: Lakin geri qayıdıb sevincli səmanı görmək — bax, əsl çətinlik və böyük zəhmət budur.

Ölməzdən əvvəl coşub-daşmağıma imkan ver.

Bu atəşi qəlbimizdə tanrılarmı yandırır, yoxsa hər kəsin dəli arzusu öz tanrısına çevrilir?

Heç bir gün səni zamanın yaddaşından silə bilməz.

Bəlkə də bir gün bu keçənləri xatırlamaq xoş olacaq.

Ən böyük sərvət sağlamlıqdır.

Onlar bacarırlar, çünki bacaracaqlarına inanırlar.

Ağrılardan keçərək əziyyət çəkənlərə təskinlik verməyi öyrəndim.

Məhkumlar üçün yeganə qurtuluş ümidi — heç bir ümidin olmamasıdır.

O, damarlarında zəhər bəsləyir və gizli bir atəşlə yanır.

Hər birimiz öz cəhənnəmimizi özümüzlə daşıyırıq.

Ey amansız eşq, insan qəlbini sürükləmədiyin bir uçurum varmı?

Yuxu ölümün qardaşıdır.

Həqiqi ilahə yerişindən bəlli olur...

Rus dilindən tərcümə: Aydan Ağayeva

# 598 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər